Hamımızın məqsədi şəhərlərdə, qəsəbələrdə və kəndlərdə-ümumilikdə bütün ölkə ərazisində sosial-iqtisadi inkişafla bağlı qarşımıza qoyulan vəzifələri yerinə yetirmək və vətəndaşlarımız üçün layiqli həyat şəraiti qurmaqdır. Biz sizinlə hər birimiz öz bələdiyyəmizin inzibati ərazisində bu məqsədlərə çatmaq üçün bütün potensialımızı səfərbər etməli və seçicilərimizn rifahı naminə yorulmadan çalışmalıyıq. Bələdiyyə ərazisində gördüyümüz bütün işlərin, sakinlərə göstərdiyimiz müxtəlif xidmətlərin kəmiyyət və keyfiyyəti bələdiyyələrin iqtisadi potensialından birbaşa asılı olması hamımıza məlumdur. Bu baxımdan hesab edirəm ki, yerli büdcənin formalaşması, maliyyə mənbələrinin genişlənməsi, iqtisadi potensialın dayanıqlı maliyyə mənbəələri üzərində qurulması eləcədə yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərin münasibətlərinin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanmış və ötən ilin oktyabr ayından başlayaraq respublikanın bütün bələdiyyələrində, o cümlədən Binəqədi bələdiyyələrində də uğurla tətbiq edilməyə başlanmışdır. Proqram olduqca praktik olmaqla yanaşı, bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirməyə imkan yaratmışdır. Proqram ümumilikdə bələdiyyələrin fəaliyyəti ilə bağlı lazım olan statistik məlumatları operativ əldə etmək, təhlillər və ümumiləşdirmələr aparmaq imkanı yaradır. Nəzərinizə çatdırım ki, bələdiyyə büdcələrinin gəlir və xərcləri, yerli vergi və ödənişlərin yığımı ilə bağlı təhlillərimiz bu il ilk dəfə olaraq BAMS-a daxil edilmiş məlumatlar əsasında aparılmışdır. BAMS proqramı vasitəsi ilə hər bir bələdiyyə üzrə vergi və ödənişlər, ümumi gəlirlər və xərclər üzrə bütün məlumatlar və statistik göstəriçilər təhlil edilmiş, ümumiləşdirilərək müvafiq nəticələr əldə edilmişdir. Onu da bildirmək istəyirəm ki, Binəqədi rayon bələdiyyələri BAMS proqramının tətbiqində heç bir çətinliklə üzləşməmişdir. Bələdiyyələr tərəfindən verginin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün vergi informasiya sisteminin yaradılmasında Vergilər Nazirliyi tərəfindən Binəqədi rayonunun 5 bələdiyyəsi üzrə həyata keçirilmiş pilot layihələr çətinliklərin aradan qaldırılmasına əlverişli şərait yaratmış və bələdiyyə büdcəsinin formalaşmasına müsbət təsirini göstərmişdir. Elə bu səbəbdən də Binəqədi rayonunun 5 bələdiyyəsində olduğu kimi, M.ə.Rəsulzadə bələdiyyəsində də vergi ödəyicilərin sayı müəyyən edilərək, elektron bazaya işlənmiş və buna uyğun olaraq vergitutma obyektinin sahəsi və ölçüsü formalaşmışdır. Bu layihə çətinliklərin aradan qaldırılmasına, bələdiyyə büdcəsinin formalaşmasına əlverişli şərait yaradıb. Bələdiyyəmizdə yığımın əvvəlki illərin analoji dövrləri ilə müqayisədə iki dəfəyədək artması, düşünürəm ki, bu layihənin müsbət nəticəsidir. Eləcə də rayon rəhbərliyinin verdiyi tövsiyyələri, yerli idarəçiliyə olan münasibəti, maarifləndirmə sahəsində, məlumat saatlarında bələdiyyələrlə bağlı olan yenilikləri, rayonumuzun qəsəbələr üzrə bütün məktəblərində, həm də ümumrayon səviyyəsində keçirilən “Vergi olimpiadası” nda hər birimizə yaxından dəstək olması və nəzarəti bizdə stimul yaradır ki, iqtisadi potensialımızı gücləndirək, bələdiyyə mülkiyyətinin və maliyyə imkanlarının artırılmasını təmin edək.
Bütün bunların nəticəsi olaraq bildirməliyəm ki, Respublikamızın 141 qəsəbə bələdiyyələri içərisində 2016-cı ildə büdcə daxilolmaları üzrə ən yüksək göstərici 630 099 manat olmaqla Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsində qeydə alınmışdır. Bələdiyyəmiz 2017-ci il üçün də gəlir və xərclərini müəyyən edərək, yerli büdcəsini 700 000 (yeddi yüz min) manat həcmində təsdiq etmişdir. 2017-ci ilin 9 ayi ərzində proqnozlaşdırılmış cəmi (540 000) manat gəlirə qarşı faktiki gəlir (564973) manat olmuş və büdcə (104,6%) yerinə yetirilmişdir. Sizi əmin edirəm ki, ilin sonunda 2017-ci il üçün gəlir və xərclərini müəyyən edərək təsdiq etdiyimiz 700 000 (yeddi yüz min) manat həcmində yerli büdcə gəlirlərini tam olaraq yerinə yetirər yeni bir ilkə də imza atmış olacağıq. Bu bizə imkan verəcək ki, büdcəmizin gəlirləri hesabına əhalinin problemlərinin həllinə daha yaxından kömək edə bilək.
əldə olunmuş nailiyyətləri heç də bizi arxayınlaşdırmamalıdır. Hesab edirəm ki, 2017-ci ildə bələdiyyələrin fəaliyyətinin təkminləşdirilməsi sahəsində, xüsusən yerli vergi və ödənişlərin toplanmasında Sizlərlə birgə hələ xeyli işlər görməliyik. Məruzədə qeyd olunan və qeyd olunmayan problemləri həll etmək üçün bələdiyyələrdə maarifləndirmə, təbliğat və izahat işləri daha geniş miqyasda aparılmalı, yerli özünüidarəetmə sisteminin mahiyyəti barədə vətəndaşlarda daha geniş təsəvvürlər yaradılmalıdır.
Yekun olaraq bildirirəm ki, sizinlə fəaliyyətimiz son nəticədə əhalinin maddi-rifah halının daha da yüksəldilməsinə xidmət edəcək və xalqımızın mənafeyi naminə dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayacaqdır.
icazə verin bi istiqamətdə bütün bələdiyyəçilərə uğurlar arzulayım və sizin adınızdan əminlik hissi ilə qeyd edim ki, gələcəkdə də üzərimizə düşən vəzifəfləri layiqincə yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəyik .
Hümbət Hüseynov
Binəqədi rayon M.ə.Rəsuzladə bələdiyyəsinin sədri