Ölkəmizdə formalaşan 1606 bələdiyyənin fəaliyyətiylə bağlı apardığımız müşahidə və araşdırmalardan belə qənaətə gələ bilərik ki, yerli icra strukturlarından, yəni RiH-lərdən də çox bələdiyyələrin fəaliyyətinə süni əngəl yaradan orqan əmlak Məsələləri Dövlət Xidmətidir (əMDX). Açıq etiraf edim ki, özümdə belə qənaətə gəlməyi istəməzdim. Amma məcburam, çünki reallıq budur.
“əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan həlli vacib suallar” başlıqlı yazımdan sonra (http://belediyye.info/new/details/emlak-meseleleri-dovlet-xidmetine-unvanlanan-helli-vacib-suallar--6382.htm) çoxsaylı bələdiyyə təmsilçiləri bizimlə əlaqə saxlayaraq onları ciddi şəkildə narahat edən və səmərəli fəaliyyət göstərmələrinə mane olan problemləri qaldırdığıma görə minnətdarlıqlarını bildirmiş, tərəfimizdən qaldırılan problemlərə iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun tezliklə reaksiya verəcəyinə və həllini nəzarətə götürəcəyinə inandıqlarını qeyd etmişlər. Bununla yanaşı bələdiyyə təmsilçiləri, xüsusən də paytaxt bələdiyyələri mövzu ilə əlaqəli digər məqamların da işıqlandırılmasını xahiş ediblər.
Lakin mətləbə keçməmiş sosial media üzərindən mövzu ilə əlaqəli apardığım müzakirədən bəzi bələdiyyə təmsilçilərinin fikirlərini həm cənab nazir Mikayıl Cabbarovun, həm əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının, həm də oxucuların diqqətinə çatdırmaq istərdim.
***
***
Beləliklə, göründüyü kimi, bələdiyyələri narahat edən əsas məsələ təqdim edilən xəritələrin ciddi nöqsanlarla müşaiyət olunmasıdır. Hiss olunur ki, xəritələr tələm-tələsik hazırlanıb. Gəlin unutmayaq ki, bu nöqsanlar tezliklə aradan qalxmamış hansısa formada imzalanmasına nail olunacaqsa yaxın gələcəkdə bələdiyyə-vətəndaş qarşıdurması yarana bilər. Vətəndaş bütün günahın bələdiyyədə olduğunu düşünsə də, əslində əsas günah sahibi məhz adıçəkilən qurumdur, yəni əmlak Məsələləri Dövlət Xidməti.
Bu gün Bakı bələdiyyələrinin heç birinin torpaqlarının real xəritəsi hazırlanmayıb və torpaqlar bələdiyyənin mülkiyyətinə verilməyib. Düzdür uzun çəkən proseslərdən sonra bələdiyyələrin elektron xəritələrinin layihələri hazırlanıb. Lakin elə vəziyyətdə hazırlanıb ki, onlarla heç cür razılaşmaq olmur. Misal üçün, Sabunçu bələdiyyəsinin xəritəsi hazırlanarkən bələdiyyənin bütün qonşu bələdiyyələrlə - Ramana, A.A.Bakıxanov, M.ə.Rəsulzadə bələdiyyələri ilə ciddi problem yaradılıb. Yəni, 2000-ci ildə təqdim edilən cizgilərlə üst-üstə düşmür. Demək olar ki, xəritələrdə bələdiyyələr üçün torpaq nəzərdə tutulmayıb. Yalnız çoxdan məskunlaşma getmiş, artıq üzərində uzun illərdir yaşayış olan torpaqlar bələdiyyə mülkiyyətinə aid edilib. Qalan torpaqlar dövlət mülkiyyəti kimi göstərilib. iddia olunur ki, bu xəritələri əmlak Məsələləri Dövlət Xidməti (əvvəllər də əmlak Məsələləri Dövlət Komitəsi) hazırlayır, həmin qurum da dövlət əmlakının sərəncamçısıdır. Ona görə də maraqlı tərəf kimi çıxış edir. Deməliyik ki, həm də bu zaman qanunun tələbi kobud pozulur. Qanun deyir ki, xüsusi mülkiyyətdə və dövlət mülkiyyətində olan torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyəti hesab olunur. Hələ 1996-cı ildə qəbul edilən, Ulu öndər Heydər əliyevin imzaladığı “Torpaq islahatı haqqında” Qanunun 1-ci maddəsində belə göstərilib. Torpaq Məcəlləsində hansı torpaqların dövlət torpaqları olması açıq-aydın yazılıb (46-cı maddə). Deməli, ərazidə xüsusi mülkiyyət torpaqları və dövlət torpaqları müəyyənləşməli, qalan torpaqlar bələdiyyənin olmalıdır.
Yeri gəlmişkən bələdiyyələrə narahatlıq yaradan ikinci məqam isə əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən tarif dərəcələrinin artırılmasıdır. Ola bilər deyilsin ki, bu məsələnin bizə aiddiyəti yoxdur. Cünki tariflərin artırılmasını Tarif şurası həyata keçirir. Düzdür, razıyam. Belə olan halda Tarif şurasına təklifi hansı orqan göndərib?
Hazırda qiymətlər belədir. Yəni 12 sota qədər torpağın layihə koordinatının müəyyən edilməsi (yəni dörd nöqtə üzrə) əvvəl 60 manat ödənildiyi halda, bu gün həmin xidmətin dəyəri 179 manat olub. Bu qiymət artımı hansı əsasla həyata keçirilib? Qiymət dəyişikliyinin kökündə nə dayanır? Üstəlik bələdiyyə mülkiyyətdə olan ümumi torpaq sahəsinin bir hissəsi bələdiyyə tərəfindən hərraca çıxarılarkən satışa çıxarılan torpaq sahəsi üçün ayrıca çıxarışın əldə edilməsi və ondan sonra alqı-satqıya gedilməsini necə başa düşmək olar. Hesab edin ki, bələdiyyə büdcəsinə mədaxil olunan, misal üçün 2000 manat vəsaitin 700 manata yaxın hissəsi əMDX müvafiq qurumlarına rüsum şəklində qayıdır. Biz bələdiyyənin inkişafına bu cür dəstəkmi veririk?
Son olaraq qeyd edək ki, cənab Prezident ilham əliyev hər daim məmurların xalqın xidmətçisi olduğunu dilə gətirir. Belə olan halda hər bir yerli məmur vətəndaş məmnunluğunu təmin etmək üçün çalışmalı və vətəndaşın səs verdiyi bir orqanın fəaliyyətinə təkan verməyə borcludur. Fikrimcə, düşünməyə dəyər. Odur ki, hörmətli nazir Mikayıl Cabbarovdan bu məsələnin ciddi nəzarətinə götürməsini xahiş edərdim və əlavə edim ki, bu həmdə 15 min üzvü olan bələdiyyələrin xahişidir.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri