Sabah Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə (VXSi) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə ictimai şuranın növbəti toplantısı keçiriləcək.
Xeberler.az-ın məlumatına görə, toplantıda yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında elektron xidmətlərin təşkili ilə bağlı müzakirələr aparılacaq.
Məlum olduğu kimi, hazırda mərkəzi icra orqanları tərəfindən göstərilən xeyli sayda xidmətlər elektron formaya keçirilsə də, yerli icra orqanlarının xidmətlərinin elektron formaya keçirilməsi prosesi olduqca ləng gedir.
Hazırda yerli icra hakimiyyətləri tərəfindən 40-dək xidmət göstərilir ki, onların cəmi bir neçəsi elektron formada təqdim edilir.
Yerli icra orqanlarının rəsmi saytları da bir-birini təkrarlayır. Bu resurslarda yerli icra qurumlarının təqdim etdikləri xidmətlər haqqında da məlumata rast gəlinmir.
Qeyd edək ki, toplantıda Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə (VXSi) Dövlət Agentliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin nümayəndələri də iştirak edəcək.
ictimai şuradan bildirilib ki, müzakirələrin yekunu olaraq regionlarda elektron hökumət quruculuğunun sürətləndirilməsi məqsədilə Təkliflərin hazırlanması planlaşdırılır.
Elektron Xidmətlərin Təşviqi üzrə ictimai şura tərəfindən hazırlanan təkliflərin VXSi Dövlət Agentliyinə təqdim edilməsi nəzərdə tutulub.
http://xeberler.az/new/details/elektron-xidmetlerin-tesviqi-uzre-ictimai-suranin-toplantisi-kecirilecek--15569.htm