sorğu
Qaradağ rayonu ələt bələdiyyəsinin sədri Azad Musayevin Belediyye.infoya verdiyi məlumata görə, cari ildə bələdiyyə iclasında mağar dəstinin hazırlanmasıyla bağlı sədr tərəfindən irəli sürülən təklif üzvlərin yekdil qərarıyla qəbul olunub.
Eyni zamanda 150 nəfərə xidmət göstərə biləcək mağar dəsti sakinlərin xidmətinə verilib.
Yüksək keyfiyyət və diqqətlə hazırlanan mağar dəsti aztəminatlı ailələrə və şəhid ailələrinə pulsuz təqdim edilməsi qərara alınıb.
Sədrin sözlərinə görə, bələdiyyənin əsas məqsədi bu gün sakinlərin vergilərə cəlb edilməsidir. “Vergi yığımını artıra bilsək sakinlərin hər bir müraciəti də diqqətdə saxlaya bilərik”-deyə sədr fikirini tamamlayıb.
Belediyye.info