"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

--2018-04-24 / 17:43

Qaradağ Rayon icra Hakimiyyəti başçısı Süleyman Mikayılovun ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Bu barədə məlumatı Qaradağ RiH yayıb. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Keçirilmiş səyyar qəbulda 350-dən çox qəsəbədə sakinləri iştirak edib.Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilib.
Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab ilham əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Belediyye.info

ŞƏRHLƏR