"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elgin Həbibullayev: " Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcəkdir"

--2019-11-29 / 09:46

Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcəkdir. Bu haqda Bakı şəhər icra Hakimiyyətində keçirilən geniş tərkibli seminar-müşavirədə şəhər icra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev məlumat vermişdir. O, bildirmişdir ki, bağçalara elektron qəbula keçidlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq, sonradan isə mərhələli şəkildə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaqdır.

 Bakı şəhər icra Hakimiyyətinin Mətbuat Xidməti

ŞƏRHLƏR