Yasamal bələdiyyəsindən verilən məlumata görə, bələdiyyənin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyası iqtisadiyyat institutunun doktorantı əli əkbərli "şəhər bələdiyyələrində idarəetmənin təkmilləşdirilməsi problemləri" mövzusunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib. Dissertasiya işində bələdiyyələrin 16 illik fəaliyyətinin təhlil edilib və belə bir nəticəyə gəlinib ki, bələdiyyə qurumlarının fəaliyyətində səmərəliliyinin yüksəldilməsi, dövlət hakimiyyəti orqanları ilə bələdiyyə qurumlarının qarşılıqlı fəaliyyətinin tənzimlənməsi, bələdiyyələrin maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, yerli sosial-iqtisadi məsələlərin həllində bələdiyyələrin rolunun daha da artırılması yerli özünüidarə sahəsində ən aktual məsələlərdəndir.
Bu baxımdan əli əkbərlinin yerinə yetirdiyi tədqiqat işi respublikamızda yerli özünüidarərtmənin əsas həlqələrindən biri olan şəhər bələdiyyələrində idarəetmənin təkmilləşdirilməsi və onların maliyyə-iqtisadi əsaslarının yaxşılaşdırılması problemlərin həlli kimi, günün ən aktual mövzusuna həsr edilib.
Tədqiqat işində bir sıra elmi yeniliklərlə yanaşı bələdiyyə fəaliyyətinin, xüsusən şəhər bələdiyyələrində idarəetmənin təkmilləşdirilməsi və onların maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış bir sıra təkliflər verimişdir. Bələdiyyə idarəçiliyinin səmərəli təşkili məqsədilə tədqiqat zamanı müəllif tərəfindən “Bələdiyyələrin nümunəvi təşkilati-idarəetmə strukturu” təkmilləşdirilərək yenidən işlənib hazırlanmışdır. Qarşıda duran əsas vəzifələrdən biri də şəhər bələdiyyələrində iKT-nin genişmiqyaslı tətbiqinə nail olmaqdır. Bu məqsədlə, bələdiyyələrin mərkəzi server sisteminin yaradılması, bələdiyyə qurumlarında xüsusi informasiya-analitik xidmətlərinin formalaşdırılması, vergitutma obyektlərinin elektron məlumat bazasının yaradılması, şəhər bələdiyyələrinin kadr və informasiya təminatının yaxşılaşdırılması məqsədilə bələdiyyələrarası informasiya sistemi və məlumat bazasının yaradılması , bələdiyyə aktlarının elektron resurslarda açıqlanması, ümumilikdə bələdiyyə idarəçiliyində elektron sənət dövriyyəsinin tətbiqi və beləliklə bələdiyyə fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi kimi təkliflər verilmişdir.
Müəllif bələdiyyə qurumlarında maliyyə resursların təyinatı üzrə düzgün və səmərəli istifadəsi baxımından ciddi daxili nəzarətin təşkilini vacib sayır və bu baxımdan , şəhər bələdiyyələrində səmərəli daxili nəzarəti təmin etmək məqsədilə bələdiyyə iclası tərəfindən xüsusi nəzarət orqanının (audit sektoru, audit qrupu və s.) yaradılmasını məqsədəuyğun hesab edir. Tədqiqat zamanı şəhər bələdiyyələrində strateji planlaşdırmanın zəruri olduğu elmi cəhətdən əsaslandırılmış və təşkilati-idarəetmə strukturuna belə bir qrup və ya şöbənin əlavə edilməsi təklif olunmuşdur. Eyni zamanda, bələdiyyələrin fəaliyyətinin strateji planlaşdırılması və maliyyə-iqtisadi əsaslarının gücləndirilməsi istiqamətində müvafiq təklif və tövsiyələr irəli sürülmüşdür. əli əkbərli tərəfindən tədqiqat işində irəli sürülən təkliflər AR ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Azərbaycan şəhər, kənd və qəsəbə bələdiyyələrinin Milli Assosiasiyaları və bələdiyyə idarəçiliyi üzrə bir sıra ekspertlər tərəfindən əhəmiyyətli hesab edilərək onların respublika bələdiyyələrin fəaliyyətində praktiki tətbiqi tövsiyyə olunmuşdur.
əli əkbərli kimdir?
əli əkbərli 1963-cü ildə anadan olmuşdur. Masallı şəhər 2 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, Ümummilli lider H.əliyevin Respublikadan kənarda SSRi-nin nüfuzlu ali məktəblərində müsabiqıdınkənar ali təhsil Proqramı çərçivəsində 1980-ci ildə Xarkov Dövlət Radioelektronika institutuna daxil olmuş və 1985-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra gənc mütəxəssis kimi təyinatla Moskva Tətbiqi Fizika institunun Bakı filialına göndərilmişdir.
1990-cı ilə kimi Tətbiqi Fizika institunda mühəndis, mühəndis-konstruktor və elmi işçi vəzifələrində işləmişdir.
1990-cı ildən 2000-ci ilə kimi Müdafiə Nazirliyi sistemində baş mühəndis, idarə rəisi vəzifələrində çalışmışdir.
1999-cu ildə respublikada keçirilən ilk bələdiyyə seçkilərində Yasamal bələdiyyəsinə üzv və bələdiyyənin sədr müavini seçilmişdir. əli əkbərli ardıcıl olaraq dörd dəfə Yasamal bələdiyyəsinin üzvü və bələdiyyənin sədr müavini seçilmiş və hal-hazıra kimi həmin fəzifədə çalışır. əli əkbərli paralel olaraq bələdiyyə idarəçiliyi sahəsində elmi- pedoqoji və tədqiqat işi ilə məşğul olur. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisi ixtisas dərəcəsi almışdır. Daima elmi axtarışlarda olan əli əkbərli 2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadiyyat institunda doktoranturaya daxil olmuş və 2014 cü ildə “şəhər bələdiyyələrində idarəetmənin təkmilləşdirilməsi problemləri“ mövzusunda doktorluq dissertasiyasını uğurla müdafıə edərək iqtisad (idarəetmə) üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Bələdiyyə idarəçiliyi sahəsində 15 elmi məqalənin ( onlardan 4-ü Rusiyanın və Ukraynanın elmi jurnallarında dərc olunmuşdur), bakalavr və maqistr təhsil pilləsi üçün 6 Tədris Proqramının və 2 Dərs vəsaitinin müəllifidir. əli əkbərli 2005-ci ildən ədliyə Akademiyasında bələdiyyə üzvləri və qulluqçularının ixtisasartırma kurslarında, 2008-ci ildən isə Bakı Biznes Unversitetində Dövlət və bələdiyyə idarəetməsi fənni üzrə müəllim işləyir.
əli əkbərli bələdiyyə üzvü və sədr müavini kimi yerli problemlərin həlli ilə bağlı çoxsaylı layihələrin müəllifi olmuş, bələdiyyə idarəçiliyi sahəsində beynəlxalq təcrübəni öyrənilməsi üçün Türkiyədə, Amerika Birləşmiş ştatlarında, Estoniyada olmuş , çoxsaylı beynəlxalq elmi konfransların iştirakçı və məruzəçi olmuş, yerli özünüidarəetmə üzrə qabaqcıl təcrübəni öyrənmişdir. Beynəlxalq təcrübənin yerli xüsusiyyətlərə uyğunlaşdırılması və tətbiqi, habelə milli qanunvericilik aktlarında müfafiq dəyişiklik və əlavələrin edilməsi istiqamətində çoxsaylı təkliflər vermişdir.
əli əkbərli yerli özünüidarəetmə sahəsindəki çoxillik elmi- pedoqoji və təcrübü- praktiki fəaliyyəti dövründə bələdiyyə idarəçiliyi sahəsində təhsil alan bakalavr və mağistrlərin buraxılış və elmi-tədqiqat işlərinə rəhbərlik etmiş, bu sahədə kifayət qədər ixtisaslı kadrlar yetişdirmişdir. Eyni zamanda o bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm təkliflər və tövsiyyələr hazırlayaraq ölkədə yerli özünüidarəetmə institunun inkişafına xidmət etmiş , hal hazırda da bu fəaliyyətini uğurla davam etdirir.
əli əkbərli eyni zamanda Yasamal rayonunun ictimai-siyasi həyatında da aktivliyi ilə seçilir. O, 1993-cü ilin mart ayından Yeni Azərbayçan Partiyasının üzvü, ilk partiya təşkilatının sədridir.