Ağdaş şəhərində Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.
Respublikanın 1227 kənd bələdiyyələrindən və Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 247 nümayəndənin iştirakı ilə keçirilən ümumi yığıncaqda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyanın 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunub.
Abşeron rayonu Novxanı bələdiyyəsinin sədr müavini əli Mehdiyev yenidən yekdilliklə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.
Tədbirdə Prezident Administrasiyasının ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid əliyev, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov iştirak ediblər.
Belediyye.info