"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elşən Salahov icra başçısı kimi ilk qəbulunu keçirdi

--2019-02-13 / 13:57

Bu gün Xəzər Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahovun Mərdəkan qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.

Səyyar qəbul-görüşdə RiH başçısının müavinləri,  RiH başçısı aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri, Mərdəkan bələdiyyəsinin rəsmiləri və qəsəbə sakinləri iştirak ediblər.

 Xəzər Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahov görüşdə Prezident ilham əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində, xüsusilə Xəzər rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açıb.Görüşdə icra başçısı həmçinin, hazırda Mərdəkan qəsəbəsində aparılan işlər barədə qəsəbə sakinlərinə geniş məlumat verib.
Səyyar qəbulda iştirak edən Mərdəkan qəsəbəsinin sakinləri qəsəbənin digər küçələrində də asfalt örtüyünün vurulması, içməli su və kanalizasiya xətlərinin çəkilməsi və digər sosial problemlərlə bağlı müraciətlər ediblər.

Sonda Xəzər Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, bu Xəzər Rayon icra Hakimiyyətinə yeni təyin edilən başçının ilk qəbul idi.

Belediyye.info

ŞƏRHLƏR