"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elxan Allahverdiyev Biləcəri qəsəbəsində sakinlərlə görüşub

--2018-09-28 / 13:35

Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi, döngə 2, “Xeyir-şər” evində Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirilib. Bu barədə məlumatı Binəqəd RiH yayıb.

Görüşdə rayon rəhbəri ilə yanaşı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RiH başçısının müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri və bələdiyyə sədri iştirak edib. Sakinlər çıxış edərək ərazi də gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon icra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlliilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Belediyye.info

ŞƏRHLƏR