"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elxan Allahverdiyev daha bir şöbə müdirini işdən azad etdi

--2018-09-11 / 14:58

Binəqədi Rayon icra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur imanov vəzifəsindən azad olunub. Bununla bağlı Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb. Onun yerinə təyinatın bu günlərdə olacağı deyilir.

Qeyd edək ki, Elnur imanov beş il idi ki bu vəzifədə çalışırdı. Onun təyinatını isə keçmiş başçı Xaləddin isgəndərov gerçəkləşdirmişdi.

Elxan Allhavediyevin vəzifəyə təyinatından sonra icra aparatında gerçəkləşən ikinici dəyişiklikdir.

Bundan əvvəl isə Binəqədi rayon icra Hakimiyyəti Aparatında Təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov və müdir müavini Elşad Rəhimov tutduqları vəzifədən azad edilmişdilər.

Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə Azər  Aydin oğlu Kərimov təyin olunub.

Belediyye.infonun əldə etdiyi məlumata görə, E.Rəhimovun yerinə Cəfərov Tapdıq Xanış oğlu təyinat alıb.

Bildirilir ki, Qüdsi Bayramov rayon yaşıllaşdırma müəssisəsinə təyanat alıb.

 Belediyye.info                                      

ŞƏRHLƏR