"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elxan Allahverdiyev dünya çempionu ilə görüşüb

--2018-12-20 / 20:08

Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon sakini, idmanın uşu-sanda növü üzrə 4 qat Azərbaycan və 2 qat Dünya çempionu olmuş ismayılov Fətəli Hüseyn oğlunu qəbul edib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Görüşdə Binəqədi RiH başçısının müavini Aygün əliyeva, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi rayon Gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, çempionun məşqçisi və valideyni iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Binəqədi RiH başçısı Elxan Allahverdiyev ölkədə idman sahəsində görülən işlər barəsində danışdı. O qeyd etdi ki, son illər Respublikamızın beynəlxalq yarışlara ev sahibliyi etməsi Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında mühüm rol oynayıb. Daha sonra, Gənclər və idman idarəsinin rəisi E.Aslanov F.ismayılovun idmanda əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verdi. Çıxış edən F.ismayılovun atası H.ismayılov gənclərin sağlam həyat tərzinə təşviq olunmasına və bu istiqamətdə ölkəmizdə idmanın inkişafına ayrılan diqqətə görə dövlət başçısı cənab ilham əliyevə təşəkkürünü bildirib.

Yekun nitqlə çıxış edən Binəqədi RiH başçısı Elxan Allahverdiyev idmanda qazandığı uğurlara görə Fətəli ismayılova Fəxri fərman təqdim etdi və sonda xatirə şəkli çəkdirildi.

Belediyye,info

ŞƏRHLƏR