sorğu
Binəqədi rayon Xocəsən bələdiyyəsinin akt zalında Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən sakinləri ilə səyyar qəbulu keçirilib.
Qəbulda Rayon icra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, bələdiyyə sədri və rəsmiləri habelə, digər xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Binədi rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.
Belediyye.info
|
|
|