"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elxan Allahverdiyev xüsusi müşavirə keçirdi

--2019-03-28 / 11:56

Binəqədi rayon icra Hakimiyyətində RiH başçısı Elxan Allahverdiyevin rəhbərliyi ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilmişdir. bu barədə məlumatı Binəqədi RiH yayıb.

Müşavirədə Binəqədi rayon icra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdürləri, Rayon Polis idarəsinin rəhbərləri, Binəqədi Rayon icra Hakimiyyətinin başçısının Qəsəbə və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Kommunal xidmət sahələrinin rəhbərləri iştirak edirdi.

Müşavirəni giriş sözü ilə açan Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev son illər rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri ilə yanaşı sanitar-təmizlik işlərinin də daim nəzarətdə saxlanıldığını bildirdi.

Qeyd olundu ki, bayram günlərində xidmət sahələri gücləndirilmiş iş rejimində işləməsinə, rayonun sanitar-təmizlik vəziyyəti ciddi nəzarətdə saxlanmasına baxmayaraq, bəzi qəsəbələrinin ərazisində müxtəlif  ünvanlarda məişət və digər tullantıların daşınması ilə bağlı   bir sıra çatışmazlıqlar, nöqsanlar mövcuddur.  

Bununla əlaqədar olaraq RiH başçısı rayon ərazisində gün ərzində reydlərin keçirilməsi, çatışmamazlıqların dərhal və operativ aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar rayon ərazisində həyata keçirilən abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin davam etdirilməsinin vacibliyini bildirərək, sanitar-təmizlik işlərinin daim nəzarətdə saxlanılması üçün qəsəbələr üzrə Rayon icra Hakimiyyətinin məsul əməkdaşlarından ibarət təhkimçilik müəyyən edildiyini bildirdi və aidiyyəti təşkilatların rəhbərlərinə ciddi tapşırıqlar verildi.

Müşavirəyə yekun vuran RiH başçısı yaz-yay mövsümünün gəlməsilə əlaqədar Bakı şəhər icra Hakimiyyətinin təşəbbüsü ilə təmizlik aylığının keçirilməsi iclas iştirakçılarının nəzərinə çatdırmış, Binəqədi rayonunda təmizlik aylığının keçirilməsi qərara alınmışdır.Aylığın keçirilməsinə nəzarəti təmin etmək məqsədilə komissiya yaradılmış, Rayon icra Hakimiyyəti başçısının sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir.

Belediyye.info

 

ŞƏRHLƏR