"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elxan Allahverdiyevin təqdimatı oldu

--2018-06-06 / 13:13

Belediyye.infoya daxil olan məlumata görə, Binəqədi Rayon icra Hakimiyyəti başçısı vəzifəsinə təyinat alan Elxan Allahverdiyevin təqidmatı keçirilib.

Təqdimatda Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev iştirak edib.

Qeyd edək ki, Prezident ilham əliyevin bu gün imzaladığı sərəncamla Elxan şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.

Modern.az-ın məlumatına görə, Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I ərazi Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır.

“Unikal.org” xəbər verir ki, Elxan Allahverdiyev Kapital Bankın idarə heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Ataları şamil Allahverdiyev ölkənin məşhur geoloq, geologiya-mineralogiya elmləri doktoru olub. şamil Allahverdiyev 1930-cu ildə şərur rayonunun Yengicə kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutunun aspiranturasını bitirib. Həmin institutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən izotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100-ə qədər elmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. şamil Allahverdiyev, 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat edib.

Belediyye.info

ŞƏRHLƏR