işəgörürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqının hansı hüquq və vəzifələri var?
Belediyye.infoya ünvanlanan sualı Azərbaycan Bələdiyyə işiçiləri Həmkarlar ittifaqının hüquq müfəttişi Məhəmməd Kərimov cavablandırır:
- Azərbaycan Respublikasının əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində təsbit olunmüşdur ki, əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
Qeyd olunan maddəni düzgün tətbiq etmək üçün işəgötürən və müəssisənin həmkarlar ittifaqı təşkilatı aşağıda qeyd olunanlara əməl etməlidir.
əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi ləğv edilərkən işəgötürən həmkarlar ittifaqı təşkilatına təqdimat göndərməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etməlidir.
işəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsasını təsdiq və sübut edən sənədləri təqdimata əlavə etməlidir. Təqdim edilmiş materiallar, müəssisənin həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən əsaslı öyrənilir və baxılması üçün təşkilatın həmkarlar ittifaqı komitəsinin işlasına çıxarılır.
iclasa işəgötürənin nümayəndəsi, əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, lazım gəldiyi halda şahidlər, mütəxəssislər əvvəlcədən rəsmi dəvət olunmalıdır.
Həmkarlar ittifaqı təşkilatı məsələnin müzakirəsi zamanı əmək qanunvericiliyinin normalarının pozulmasına yol verməməli, işçilərin əmək hüquqlarını və qanuni mənafelərini müdafiə etməlidir.
Həmkarlar ittifaqı təşkilatı işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürənin təqdimatına baxmaqla eyni zamanda, əmək qanunvericiliyinə riayyət edilməsi sahəsində nəzarət funksiyasını həyata keçirmiş olur.
Belediyye.info