Rövşən əliyev
ismayıllı rayon Lahic bələdiyyəsinin sədri
Lahıc qəsəbə tam orta məktəbinin fizika və informatika müəllimi,
əməkdar müəllim
əliyev Rövşən 1992-cü ildən 2015 –cü ilə qədər rayonun Lahıc qəsəbə tam orta məktəbində 23 il müddətində müəllim kimi çalışmışdır.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
1994-cü ildən 2003-cü ilə kimi həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Dərs hissə müdiri işlədiyi müddətdə Lahıc qəsəbə orta məktəbi rayon və zona üzrə istər şagirdlərin ali məktəblərə qəbulu və istərsədə olimpiada ,bilik yarışları, digər tədbirlərdə həmişə birincilər sırasında olmuş və dəfələrlə Təhsil Nazirliyinin, Təhsil şöbəsinin fəxri fərmanlarını almışdır.
Azərbaycan Respublikasının təhsil işçilərinə “əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013 oktyabrın 3-də əliyev Rövşən Mirzə oğlu “əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Rövşən müəllimin qabaqcıl işini nəzərə alaraq Azərbaycan müəllimlərinin qurultayına nümayəndə heyətinə daxil edilmiş və dekabrın 14-ü 2013-cü ildə Bakı şəhərində Heydər əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayında iştirak etmişdir.
Rövşən müəllim 2012-ci ildə Azərbaycan ümumitəhsil məktəblərinin 6-cı sinif “Fizika” dərslik komplekti (dərslik və müəllim üçün metodik vəsait) üçün müəlliflik hüququ qazanmışdır.
2014-cü ildə 8-ci sinif “Fizika “ dərslik komplekti Təhsil Nazirliyində müsabiqədə 125 bal toplayaraq çap edilmişdir. 2015-cü ildə 9-ci sinif “Fizika” dərslik komplekti Təhsil Nazirliyinə müsabiqəyə təqdim edilmişdir.
Rövşən müəllim Türkiyənin Hacettepe Universitetində keçirilmiş Beynəlxalq Dövlətlərarası fənn müəllimlərinin simpoziyum və olimpiadasında Azərbaycan Respuplikasından iştirak edən 8 nəfər qaliblər arasına daxil olmuşdur. Bu simpoziyumda müxtəlif dövlətlərdən iştirak edən 48 Universitet arasında keçirilmiş müsabiqədə “Fizika” fənni üzrə ali dərəcəli sertifikat almış və çıxışı simpoziyumun elektron kitabına daxil edilmiş və çap edilərək müxtəlif dillərdə həmin universitetlərə paylanmışdır.
1996-2002 –ci ilə qədər Rayon Gənclər idarəsinin Lahıc inzibati ərazisi üzrə nümayəndəsi vəzifəsində də işləmişdir. işlədiyi dövrdə iki dəfə: -bir dəfə Göyçayda keçirilən zona , iknci dəfə isə Bakida keçirilən Respublika Gənclər Forumunun nümayəndəsi və iştirakkısı olmuşdur. Fransanın ölkəmizdəki səfirliyi ilə bir yerdə “Fransız dilinin şagird və yaşlılara öyrədilməsi” layihəsinin yerinə yetirilməsində aparıcı rol oynamışdır. Lahıc qəsəbə orta məktəbində yaradılmış “Tarix-Diyarşünaslıq muzeyinin” yenidən tərtib olunmasında, 1998-ci ildə Lahıc qəsəbə orta məktəbinin 110 illik yubleyinin hazırlanması və keçirilməsində yaxından iştirak etmiş, Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq əməkdaşlıq inistitutunun və Azərbaycan Respublikası Rəssamlar ittifaqının nəzdində Yaradıcı Qadınlar Assosiasiyasiyası ilə birlikdə “Lahıcda sənətkarlığın inkişafı” layihəsində iştirak edərək 50 –yə yaxın məktəbli şagirdə və müəllimlərə kompüterdə işləmə vərdişlərini öyrətmişdir.
əliyev Rövşən dərslərini günün tələbləri səviyyəsində quraraq müasir təlim texnologiyalarından istifadə edir və innovasiyaların tətbiqinə çalışır. Bir neçə dəfə xarici ölkələrdə yeni təlim texnologiyalarının tətbiqi ilə əlaqədar treyninqlərdə iştirak etmişdir. Onun dərs dediyi şagirdlər qəbul imtahanlarında da fizika fənindən yüksək nəticələr göstərmişlər.
O , son illərdə hər dərs ilinin yekunlarına görə Lahıc qəsəbə tam orta məktəbində keçirilən “ilin müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 2009-2010 –cu tədris ilində keçirilmiş ”əN YAXşI MÜəLLiM” müsabiqəsində iştirak etmiş və Prezidentin 5 iyul 2010-cu il qərarına əsasən müsabiqənin qalibi elan olunmuşdur.
əliyev Rövşən daim öz üzərində çalışan və elmi- metodiki hazırlığını yüksəldən müəllimdir və elmi mətbuatda maraqlı məqalələrlə çıxış edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsildə iKT” jurnalında 2011-ci ildə”Ümumtəhsil məktəblərində fizikanın tədrisində iKT-nin tətbiqi” və 2013-cü ildə “Fizikanın tədrisində Mimio proqramının tətbiqi” məqalələri çap olunmuşdur. 36 sayda qəzet və jurnallarda Rövşən müəllim haqqımda yazilmış və 12 məqaləsi çap olunmuşdur. Azərbaycan Müəllimi qəzetində “ən yaxşı müəllimlərimiz” səhifəsində Rövşən müəllimin fəaliyyətim haqqımda məlumat şap edilmişdir.
əliyev Rövşən təhsil , mədəniyyət və regionun sosial –iqtisadi inkişafı ilə bağlı bir sıra layihələrin fəal iştirakçısıdır. 2012-ci və 2013-cü ildə Azərbaycan Kənd investisiya Layihəsində(AzKiL) iştirak edərək icma rəhbəri olmuş və Lahıc qəsəbəsi ilə ərəgit kəndi arasında 1250 m2 yolu “Daş döşəmə tikintisi” layihəsini və “icma Bazarı” layihəsinin udaraq, uğurla yerinə yetirmişdir. Bununla əlaqədar TV proqramlarda açılış mərasimi nümayiş olunmuşdur. 2012 –ci il noyabır ayının 14-də ictimai TV-də “Açıq dərs “ verlişində (ismayıllı- Hacıqabul telekörpü) 5-ci sinifdə informatika dərslikləri haqqında məlumatla çıxış etmişdir. 2013-cü ildəTQDK-nın “şagird-Məzun 2013” layihəsinin məktəbüzrə koordinatoru seçilmişdir.
əliyev Rövşən səmərəli pedaqoji fəaliyyətinə görə işlədiyi müddətdə Təhsil Nazirliyinin və dəfələrlə Rayon Təhsil şöbəsinin Fəxri Fərmanları, diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.