"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Emin Eyvazov üçün özəl gün

--2017-06-01 / 08:32

Bu gün Azərbaycan  Respublikası Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazovun ad günüdür.

Xatırladaq ki, ölkəmizin tanıdılması istiqamətində, o cümlədən   bələdiyyə sisteminin inkişafına yönələn bir sıra layihələrin icrasında yaxından iştirak edən E.Eyvazov bu vəzifəyə 8 dekabr 2015-ci ildə təyin edilib.

Bu vəzifəyədək isə E.Eyvazov uzun müddət  Azərbaycan Dövlət iqtisad Universiteti Həmkarlar təşkilatında məsul vəzifələrdə, bir rmüddət isə Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

E.Eyvazov  04 fevral 2013-cü il tarixdə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  çalışdığı sahədə göstərdiyi xidmətə görə  “Tərəqqi” medalı ilə təltif edilib.

Belediyye.info

P.S. Belediyye.info olaraq Emin Eyvazovu təbrik edir və inanırıq ki, bələdiyyə sisteminin inkişafına yönələn layihələrin icrasında yaxından iştirak etməklə öz töhvəsini verəcəkdir.

ŞƏRHLƏR