Üç iyun tarixi Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov üçün özəl bir gündür.
1985-ci ilin üç iyunundə anadan olan Emin Eyvazov bu vəzifəyə 8 dekabr 2015-ci ildən təyinat alan Emin Eyvazov ötən dövr ərzində elmi-nəzəri və çoxşaxəli praktik fəaliyyətiylə ölkəmizin tanıdılması istiqamətində, o cümlədən bələdiyyə sisteminin inkişafına yönələn bir çox ciddi layihələrin icrasında yaxından iştirak edib. Gənc və perspektivli kadr olaraq hər zaman ona göstərilən etimadi daim fəaliyyətiylə doğrultmağa çalışıb və bu gündə çalşmaqdadır.
Bu gün Emin Eyvazov ölkə bələdiyyələrin qarşılaşdığı problemlərin həllində, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində Ulu öndər Heydər əliyevin Azərbaycan bələdiyyəsinin proqram xarakterli çıxışlarına söykənərək öz töhvəsini verməkdədir.
əlavə etmək yerinə düşərdi ki, bu vəzifəyədək isə E.Eyvazov uzun müddət Azərbaycan Dövlət iqtisad Universiteti Həmkarlar təşkilatında məsul vəzifələrdə, bir müddət isə Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
Məhz bu məsuldar fəaliyyətin nəticəsində E.Eyvazov 04 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə çalışdığı sahədə göstərdiyi xidmətə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Belediyye.info olaraq Emin Eyvazovu təbrik edir və inanırıq ki, bələdiyyə sisteminin inkişafına
yönələn layihələrin icrasında yaxından iştirak etməklə bundan sonrada öz töhvəsini verəcəkdir. Belediyye.info