"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əmircan bələdiyyəsi əhalinin rifahının yüksəldilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir

--2019-02-15 / 07:58

Azərbaycan Respublikasının Prezidenti ilham əliyev cənablarının rəhbərliyi altında aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, 2018-ci ildə də yerli özünüidarəetmə sahəsində də dinamik inkişaf əldə edilmişdir.

Suraxanı rayonunun əmircan qəsəbəsində yerli özünüidarəni həyata keçirən əmircan Bələdiyyəsi 2018-cı ildə öz işini bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun olaraq qurmuş və qəsəbənin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Suraxanı rayonunda həyata keçirilməsi istiqamətində görülmüş işlərdə əmircan Bələdiyyəsi öz səlahiyyətləri və imkanları daxilində iştirak etmiş, mədəni-kütləvi, idman, xeyriyyə tədbirləri ilə yanaşı bir sıra quruculuq, təmir-tikinti, abadlıq və təmizlik işləri görmüş, bayram və əlamətdar günlərdə əhalinin aztəminatlı təbəqələri və qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirmiş, müxtəlif köməkliklər göstərilmişdir.

Qəsəbədəki köhnə qəbiristanlıqın ərazisində 285 kv.m sahədə təmizlik və abadlıq işləri görülmüşdür.A.Rzayev küçəsində iri qabaritli tullantılar yığışdırılıb daşınaraq,ərazidə təmizlik işləri görülmüş və 100 p/m su xətti yenidən bərpa edilmişdir.S.Bəhlulzadə küçəsinə torpaq gətirilərək yayılıb hamarlanmış, ərazidə abadlıq işləri görülmüşdür. Sonradan hamarlanmış əraziyə ağaclar əkilmişdir. Belə ki,il ərzində dövrü olaraq,qəsəbə ərazisində 317 ədəd ağac əkilmişdir .S.Bəhlulzadə küçəsində 50 m əraziyə səki daşları düzülmüşdür. 10-cu dairədəki (Stellanın arxası) abidənin qarşısına 38 kv.m daş örtüyü düzülmüşdür.Z.Zeynalov küçəsi,dalan 4-də kanalizasiya çəkilişindən sonra 300 kv.m ərazi texnika ilə hamarlanmışdır.M.F.Axundov küçəsinə 200 kv.m əraziyə qırmadaş (şebel) gətirilərək yayılmışdır.M.Mustafayev küçəsində (32 saylı SD-nin qarşısı) 45 m sahədə bardur daşları cıxarılaraq yenilənmiş, 150 kv. m sahəyə qazon qatı döşənmiş və su xətti yenilənmişdir.əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birlikdə əmircan-Qaraçuxur yolunun ətrafında 325 kv.m ərazidə taxta örtüklü divarlar ,çənlər və qapılar rənglənmişdir. M.Mustafayev küçəsində yol ətrafındakı tamet və bardur daşları sökülərək 10 kv.m sahədə tamet,20 p/m sahədə isə bardur daşları yenilənmiş, yol kənarına torpaq gətirilərək yayılmış və həmin əraziyə ağaclar əkilmişdir. əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birlikdə 1941-45-ci illərdə həlak olanların xatirəsinə həsr edilmiş abidə parkında qara mərmərdən xatirə lövhəsi vurulmuşdur.V.Balandin küçəsinə 500 p/m suvarma şəbəkəsi qurulmuşdur.i.şükürov küçəsində yerləşən şəhid bulağının ətrafındakı ərazi iri qabaritli tullantılardan təmizlənərək, abadlıq işləri görülmüşdür.Abidənin sıradan cıxmış 6 kv.m sahədə üzlük daşları yenisi ilə əvəz olunmuşdur. Sıradan cıxmış üzlük daşları yenilənmiş və bulaq (17 kv.m sahə) bütövlükdə cilalanmışdır. 13 p/m su sistemi yenilənmiş,abidə bulağı bərpa olunmuşdur.Ağacların ətrafına 50 p/m bardur daşları düzülmüşdür.

əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birlikdə novruz bayramı münasibətilə “Atəşgah” memarlıq kompleksində keçirilən tədbirdə əmircan Bələdiyyəsi tərəfindən dekorativ əşyalar nümayiş etdirilmiş,xonçalar hazırlanmış və şirniyyat süfrəsi əhaliyə təqdim olunmuşdur.

əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birlikdə “Qurban bayramı” münasibətilə qurbanlıqlar kəsilərək əmircan qəsəbəsində yaşayan aztəminatlı ailələrə qurbanlıq payları verilmişdir.

Ehtiyacı olan qəsəbə sakinlərinə birdəfəlik maddi yardım göstərilmişdir. şəhid anası Musayeva Xanımzər əli qızının və qəsəbə sakini Gülməmmədova Nəzakət Fazit qızının həyat yoldaşının yas mərasiminin keçirilməsi üçün Bələdiyyə tərəfindən maddi köməklik göstərilmişdir.Bundan başqa vətəndaş Ayatov Famil Mübariz oğluna birdəfəlik maddi yardım göstərilmişdir.

əmircan Bələdiyyəsi ötən dövr ərzində ağac və kolların əkilməsi işlərini davam etdirmiş, əkilmiş ağaclara lazımi aqrotexniki qulluq göstərilməsini, suvarılmasını qəsəbə yollarının təmizliyi məişət tullantılarının qablaşdırılması və s. məsələlərə daim nəzər yetirmişdir.

Ötən müddət ərzində əmircan Bələdiyyəsinin daimi komissiyaları və icra aparatı tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasına diqqət artırılmışdır. Qəbul edilmiş vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, şikayətlərin həlli üçün zəruri tədbirlər görülmüşdür. Belə ki, Bələdiyyəyə daxil olmuş vətəndaşın şifahi və yazılı müraciətlərinə baxılmış və müsbət həll edilməsi istiqamətində tədbirlər görülmüşdür.Qəsəbə ərazisində səyyar görüşlər keçirilmişdir.

Rayon ərazisində keçirilən iməcliklərdə fəal iştirak etmişik. Dövlət Proqramına daxil edilməsi üçün təkliflərimizi hazırlayıb icra Hakimiyyəti orqanlarına təqdim etmişik.

2018-ci ildə rayon miqyaslı tədbirlərdə yaxından iştirak təmin edilmiş, qarşıya qoyulan məsələlərin həll olunmasına səy göstərilmişdir.

2019-cu ildə əmircan Bələdiyyəsi, parkların və yaşıllıqların, xeyir-şər evlərinin, qəbiristanlıqların sanitar təmizliyinin təmin edilməsi və abad saxlanılmasını, qəsəbədaxili yolların asfalt örtüyünün təmir edilməsini və bir sıra digər tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur. əmircan Bələdiyyəsi bundan sonra da qəsəbənin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.      

 Rəfali Cəfərov

Suraxanı rayonu əmircan bələdiyyəsinin sədri

 

 

 

ŞƏRHLƏR