"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əmircan bələdiyyəsi hansı işləri həyata keçirib?-SəDR HESABAT VERiR

--2017-01-26 / 15:43

Azərbaycan Respublikasının Prezidenti ilham əliyev cənablarının rəhbərliyi altında aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, 2016-cı ildə də yerli özünüidarəetmə sahəsində də dinamik inkişaf əldə edilmişdir.

Suraxanı rayonunun əmircan qəsəbəsində yerli özünüidarəni həyata keçirən əmircan Bələdiyyəsi 2016-cı ildə öz işini bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun olaraq qurmuş və qəsəbənin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Suraxanı rayonunda həyata keçirilməsi istiqamətində görülmüş işlərdə əmircan Bələdiyyəsi öz səlahiyyətləri və imkanları daxilində iştirak etmiş, mədəni-kütləvi, idman, xeyriyyə tədbirləri ilə yanaşı bir sıra quruculuq, təmir-tikinti, abadlıq və təmizlik işləri görmüş, bayram və əlamətdar günlərdə əhalinin aztəminatlı təbəqələri və qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirmiş, müxtəlif köməkliklər göstərilmişdir.Rayonunun sənaye müəssisələrilə abadlıq işlərində fəal iştirak etmişik.əmircan-Qaraçuxur yolunun kənarına  220 ədəd bəzək ağaclar əkilmişdir.

Neftçi küçəsindəki ləğv edilmiş qəbiristanlığa torpaq daşınıb yayaımışdır.şor gölü ətrafında texnika ilə hamarlanma işləri görülüb,ərazi məişət tullantılarından təmizlənmişdir.1941-45-ci illərdə həlak olanların xatirəsinə həsr edilmiş abidə parkında abadlıq və təmizlik işləri aparılmışdır.Rzayev küçəsində iri qabaritli tullantıların yığışdırılıb daşınaraq, təmizlik işləri görülmüşdür.i.şükürov və Z.Zeynalov küçəsindəki qəbiristanlıqlarında təmizlik işləri aparılmışdır.A.Rzayev küçəsində neft gölməçəsinə və Q.Quliyev küçəsinə  torpaq daşınaraq yayılmışdır.M.Seyidzadə küç.ev 29-da və V.Balandin küç.5-ci döngədə şanbo tmizlənmiş və abadlıq işləri görülmüşdür.H.Bayramov, S.Bəhlulzadə, M.Mustafayev və A.Rzayev küçələrində abadlıq işləri görülmüşdür.H.Bayramov və A.Rzayev  küçələrində yol kənarı üçün tikilmiş  pilləkənin məhəccərələri quraşdırılmışdır.

 Novruz bayramı münasibətilə “Atəşgah” məbədində keçirilən tədbirldə əmircan Bələdiyyəsi tərəfindən dekorativ əşyaların nümayişi, xonçaların hazırlanması, milli yeməklər (qutab, kabab) hazırlanıb və əhaliyə paylanmışdır.

“Qurban bayramı” münasibətilə qurbanlıqlar kəsilərək əmircan qəsəbəsində yaşayan aztəminatlı ailələrə  qurbanlıq  payları paylanmışdır.

  Aprel döyuşlərində yaralanmış əsgərimizə baş çəkilmiş və köməklik olunmuşdur.şəhid anasının dərmanlarının alınmasına,dəfn mərasiminin keçirilməsi  ilə bağlı 3 qəsəbə sakinlərinə və 2 imkansız qəsəbə sakininə isə birdəfəlik  maddi yardım göstərilmişdir.

əmircan Bələdiyyəsi ötən dövr ərzində ağac və kolların əkilməsi işlərini davam etdirmiş, əkilmiş ağaclara lazımi aqrotexniki qulluq göstərilməsini, suvarılmasını qəsəbə yollarının təmizliyi məişət tullantılarının qablaşdırılması və s. məsələlərə daim nəzər yetirmişdir.

Ötən müddət ərzində əmircan Bələdiyyəsinin daimi komissiyaları və icra aparatı tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasına diqqət artırılmışdır. Qəbul edilmiş vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, şikayətlərin həlli üçün zəruri tədbirlər görülmüşdür. Belə ki, Bələdiyyəyə daxil olmuş  vətəndaşın şifahi və yazılı müraciətlərinə baxılmış və müsbət həll edilməsi istiqamətində tədbirlər  göstərilmişdir.Qəsəbə ərazisində səyyar görüşlər keçirilmişdir.

Rayon ərazisində keçirilən iməcliklərdə fəal iştirak etmişik. Dövlət Proqramına daxil edilməsi üçün təkliflərimizi hazırlayıb  icra Hakimiyyəti orqanlarına təqdim etmişik.

 2016-cı ildə rayon miqyaslı tədbirlərdə yaxından iştirakı təmin edilmiş, qarşıya qoyulan məsələlərin həll olunmasına səy göstərilmişdir.

 2016-cı ildə əmircan Bələdiyyəsi qəsəbə ərazisində yaşayan müharibə əlili və iştirakçılarının, şəhid ailələrinin, və digər imtiyazlı şəxslərin siyahısının dəqiqləşdirilməsini, parkların və yaşıllıqların, xeyir-şər evlərinin, qəbiristanlıqların sanitar təmizliyinin təmin edilməsi və abad saxlanılmasını, qəsəbədaxili yolların asfalt örtüyünün təmir edilməsini və bir sıra digər tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur.

Bu məqsədlə A.Rzayev küçəsindəki uzun müddətli su probleminin olması ilə əlaqədar sakinlərin xahişini nəzərə alaraq, sakinlərlə birlikdə su xəttinin çəkilişinə başlanmışdır.Ardıcıl olaraq,S.Bəhlulzadə küçəsi ilə  V.Balandin küçəsi arasında piyada keçidinin təmir edilməsi və digər işlərin görülməsi nəzərdə tutulmuşdur.

 əmircan Bələdiyyəsi bundan sonra da qəsəbənin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.      

                                                                                                              R.Cəfərov

Suraxanı rayon əmircan bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR