Suraxanı rayonu əmircan bələdiyyəsinin sədri Rafael Cəfərovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə iclaslarının qərarıyla qəsəbədə abadlıq işləri davam etdirilir. Sədrin sözlərinə görə , cari ilin altı ayı ərzində qəsəbənin T.Bağırov küçəsi dalan 3-də asfalt yonqarının səpilməsi, A.Rzayev küçəsində neft gölməçələrinə torpağın daşınıb yayılması, M.F.Axundov küçəsində çəkilmiş kanalizasiya xəttindən sonra ərazinin təmizlənməsi, Z.Tağıyev küçəsində sökülmüş hasarın bərpası, i.şükürov küçəsindəki E.Cəfərov adına şəhid bulağınn abadlaşdırılması və su xəttinin çəkilməsi, H.Bayramov küçəsində yol kənarı üçün pilləkənin tikilməsi, Q.Quliyev küçəsinə torpağın daşınıb yayılması və əmircan-Qaraçuxur yolunun kənarına ağacların əkilməsi, A.Rzayev küçəsində darvaza və su çənlərinin rənglənməsi, Neftçi küçəsindəki ləğv edilmiş qəbiristanlığa torpağın daşınıb yayılması və “şor” gölünün ətrafında hamarlanma işlərinin görülməsi həyata keçirilib.
Artıq bələdiyyədə növbəti altı ay ərzində həyata keçiriləcək işlərin planı müzakirə edilərək bələdiyyə iclasında müzakirədən sonra təsdiq edilib.
Belediyye.info