Suraxanı rayon əmircan Bələdiyyəsi 12–18 oktyabr 2015-ci il tarixlərdə “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlərin həyata keçirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmiş, sakinlərə görülmüş işlər barədə hesabatların verilməsi, bələdiyyə ərazisində mövcud olan problemlər barədə vətəndaşların iştirakı ilə müzakirələrin aparılması məqsədi ilə bələdiyyədə hər ayın 2-ci və 4-cü günl “Yerli Demokratiya Həftəsi” çərçivəsində hər gün “açıq qapı” günləri elan edib. Bu məqsədlə, əhalinin sıx olduğu yerlərdə, bələdiyyənin inzibati binasının qarşısında A.Rzayev, T.Bağırov, Z.Tağıyev, E.Həsənov küçələrində elanlar vurulmuşdur. “Açıq qapı” günlərində 69 vətəndaşın müraciəti qeydə alınmış və müvafiq tədbirlər görülməsi üçün araşdırılıb.Bu barədə məlumatı əmircan bələdiyyəsinin sədri Rafael Cəfərov bildirib.
Onun sözlərinə görə, 12 oktyabr – 18 oktyabr 2015-ci il tarixlərdə E.Həsənov, A.Rzayev, T.Bayram küçələrində Bələdiyyə üzvlərinin vətəndaşlarla səyyar görüşləri təşkil edilmiş, görüşlərdə 100 nəfərdən çox sakin iştirak edib.
16 oktyabr 2015-ci il tarixdə əmircan Bələdiyəsində sakinlərlə görüş keçirilmiş, 2014-cü ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layuhələr barədə hesabatların verilməsi, 2015-ci ilin bələdiyyə büdcəsi müzakirə olunmuşdur.
Vətəndaşların bələdiyyə ilə əlaqələrinin qurulması, yaranmış problemli məsələlər haqqında operativ məlumat verilməsi məqsədi ilə bələdiyyədə “qaynar xətt” telefonu bu gündə (452-95-57) fəaliyyət göstərir, həmin telefon xətti vasitəsi ilə sakinlər tərəfindən irəli sürülmüş 30-dən çox müraciət – təklif və şikayət qeydə alınmış və hazırda müvafiq tədbirlərin tədbirlər görülməsi üçün araşdırma aparılır.
Bələdiyyə sədri sayta açıqlamasında bildirib ki, əmircan qəsəbəsinin əhalisinin sıx toplaşdığı bir çox yerlərdə (Bələdiyyə binasının qarşısı, bazar, məktəblər, səhiyyə müəssisələri və s.) vətəndaşların müraciətlərinin qəbulu məqsədi ilə quraşdırılan “bələdiyyə poçtu” qutuları gündəlik baxış keçirilib və daxil olan 5 məktubda qaldırılan məsələrin həlli üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.
Qeyd edək ki, həftə ərzində bələdiyyə sədri Suraxanı rayon icra Hakimiyyəti başçısının əmircan qəsəbəsi ərazisindəki səyyar görüş-qəbullarında, o cümlədən rayon icra Hakimiyyətində keçirilən vətəndaşların qəbullarında iştirak edib.
“Yerli Demokratiya Həftəsi” çərçivəsində görülmüş və görüləcək işlər barədə ətraflı məlumatların yerləşdirilməsi üçün bələdiyyə binasının qarşısında lövhə quraşdırılmış, məlumatların gündəlik yenilənməsi təmin edilmişdir.
Belediyye.info
|
|
|
|