sorğu
Suraxanı rayon əmircan bələdiyyəsinin sədri Rəfail Cəfərovun Belediyye.infoya verdiyi məlumata görə, əmircan bələdiyyəsi tərəfindən 2017-ci ilin oktyabın 30-dan noyabrın 05-dək "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində iki səyyar görüş keçirilib. Görüşlərdə 70 nəfər qəsəbə sakini iştirak edib.
Görüşlərdə vətəndaşları narahat edən məsələlər müzakirə edilib, həlli ilə bağlı addımlar atılıb. Bununla yanaşı vətəndaşların qəbulu diqqətdə saxlanılıb. Beləki həftə ərzində 35 nəfər bələdiyyə rəsmiləri tərəfindən qəbul edilib.
Belediyye.info