Bu gün əmlak Məsələləri Dövlət Xidmətinin təşəbbüsü ilə xidmətin inzibati binasında Belediyye.info saytının təsisçisi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli ilə görüş keçirilib. Görüşdə əmlak Məsələləri Dövləti Xidmətinin ərazi və tabeli qurumlarla iş şöbəsinin müdiri Pərviz isgəndərli iştirak edib.
Görüşdə əsasən iqtisadiyyat naziri Mikayıl Cabbarova Belediyye.info adından ünvanlanan sonuncu müraciət ətrafında ciddi fikir mübadiləsi aparılıb.
iki saata yaxın davam edən görüşdə xidmət rəsmisi Pərviz isgəndərli əmlak məsələləri Dövlət Xidmətinin bələdiyyələrə xəritələrin verilməsiylə bağlı son bir ildə görülən işlərdən danışaraq hazırda 1060 bələdiyyəyə xəritələrin yekun versiyası hazırlanaraq bələdiyyələrə təhvil verilməsi üçün müvafiq orqanlara göndərildiyini bildirib. Xidmət rəsmisinin sözlərinə görə, hazırda 120 bələdiyyəyə aid xəritənin üzərində işlər gedir, 62 bələdiyyənin sərhəddində dəqiqləşdirmələr, 77 bələdiyyənin xəritəsində isə müəyyən problemlərin həlli üçün müvafiq orqanlarla müzakirələr aparılır. Habelə ötən dövr ərzində bələdiyyələrin əraziləri, habelə mülkiyyətə əmlak və topağın verilməsiylə bağlı yaranan sualların cavablandırlıması üçün ədliyyə nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin təşəbbüsü ilə 2020-ci ildən birgə işçi qrupu yaradılıb və hazırda fəaliyyətdədir.
Belediyye.info saytının təsisçisi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli bələdiyyələrin bu gün qarşılaşdığı problemlərin böyük əksəriyyətinin məhz əmlak məsələləri Dövlət Xidmətyilə bağlı olmasından təəssüfləndiryini bildirib. Ötən iyirmi il ərzində bələdiyyələrə mülkiyyətə torpağın və əmlakın verilmə prosesinin başa çatdırılmadığını qeyd edərək bu prosesin sürətləndirilməsinin vacibliyi vurğulanmışdır. Bələdiyyələrin xidmətə ünvanladığı müraciətlərin vaxtında cavablandırılmaması, üstəlik müəyyən ödənişlərin əvvəlcədən həyata keçirlməsinin bələdiyyə büdcəsinə ciddi şəkildə təsir etməsi də görüşdə qeyd edilmişdir. Görüşdə bir sıra bələdiyyələrin, xüsusi ilə Nərimanov bələdiyyəsinin inzibati binası ilə bağlı yaranan problemlərin həllinə diqqət yetirməyin vacibliyi də xüsusi olaraq qeyd edilmişdir.
Görüşdə bələdiyyələrin qarşılaşdığı problemlərin sürətli həlli ilə bağlı əmlak məsələləri Dövlət Xidmətinin yerlərdə bələdiyyələrlə görüşlərin təşklinin müəyyən mənada xidmətlə bağlı mövcud neqativin aradan qaldırılmasına təsir edəcəyi xüsusi vurğulanmışdır.
Qaldırılan mövzular ətrafında təkrar görüşlərin keçirilməsi məqsəduyğun hesab edilmişdir.
Belediyye.info