"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 242 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QəRARA ALIR:
1. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının ədliyyə Nazirliyinə tapşırılsın ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə orqanlarını onların inzibati
ərazilərinin əhatə olunduğu zonaları əks etdirən xəritələrlə təmin etsin.
3. Bu Qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Artur RASi-ZADə,
Azərbaycan Respublikasının Baş naziri
â„––– 101
Bakı şəhəri, 06 aprel 2015-ci il
əlavələrlə buradan tanış ola bilərsiniz