Bu günlərdə KiV-də müzakirəyə çıxarılan məsələlərdən biri də “kupçasız” mənzillərdən əmlak vergisnin yığımıyla bağlıydı. Bəzi bələdiyyələr tərəfindən vətəndaşlara torpaq vergisylə, yanaşı əmlaka dair bildirişlərin göndərilməsi narazılığıa səbəb olmuşdu.
Məsələ ilə bağlı Nizami rayon Keşlə bələdiyyəsinin sədri ələmdar Bafadarov maraqlı açıqlama ilə çıxış edib. Açıqlamanı olduğu kimi təqdim edirik: “Tikililərin "kupça"sı yoxdursa, bu bələdiyyələrin günahı deyil. Digər tərəfdən vətəndaş sənədsiz evindən mülkiyyətində olan kimi, hətta bir az da artıq istifadə edir. Yəni,istəyəndə satır, bağışlayır,övladına verir v.s. Ev dövlət tərəfindən hər hansı bir səbəbdən söküldükdə sənədi olan ev kimi kompensasiya tələb edir və alır. Bütün bunlar oldugu halda əmlak vergisi vətəndaş tərəfindən ildə bir dəfə nəyə görə ödənilməməlidir?”
Belediyye.info