"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əsas məqsədimiz yerli özünüidarəetmə qurumu kimi Sizlərə problemlərin həllində yardımçı olmağımızdır

--2019-01-31 / 15:03

“Bələdiyyələrin statusu haqqında qanunun” 15-ci maddəsinin 4-cü bəndinin tələblərinə əsasən bələdiyyəmiz hər il seçiçilərin qarşısında öz fəaliyyəti barədə illik hesabat verir və bu günkü hesabatımız 2018-ci ildə bələdiyyəmizin gördüyü işləri əhatə edir.

Binəqədi rayon Bələdiyyəsinin fəaliyyəti haqqında hesabat verərək vurğulamaq istəyirik ki, fəaliyyətimizi hesabat dövründə yerli icra Hakimiyyəti orqanları, ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzi, şəhər Bələdiyyələri Assosasiyası və digər qurumlarla sıx işgüzar münasibətdə qurmuşuq.

Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 2018-ci ildə fəaliyyəti iş planı əsasında qurulmuşdur. Hər ay Ümumi Yığıncaqlar keçirilmiş, baxılmış məsələlərə aid qərarlar qəbul edilmiş və onların əksəriyyətinin icrası təmin edilmişdir. Baxılmış məsələlər sırasında büdcənin icrası, sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətlərinə baxılması və digərləri olmuşdur. Ümumi iclaslarda müzakirə edilmiş məsələlər əksər hallarda əvvəldən daimi komissiyaların iclaslarında müzakirə edilmişdir.

il ərzində bələdiyyədə 17 ümumi iclas keçirilmiş, 92 qərar qəbul edilmişdir.

Ümumi iclasların protokolları mütəmadi olaraq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0.və 6.8 maddələrinin tələblərinə uyğun Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Bələdiyyə öz fəaliyyətini həyata keçirərkən qəbul edilmiş büdcənin icrasına ciddi diqqət yetirmişdir.

2018-ci il ərzində bələdiyyə büdcəsinə 574010 manat gəlir daxil olmuş, xərclər 563538 manat təşkil etmişdir. illik yığım nəzərdə tutulmuş plana əsasən 88,2% təşkil etmişdir, və 2017-ci illə müqayisədə 38661 manat cox olmuşdur ki, bu artımda əsasən keçən ilin son üç ayında olmuşdur.

Büdcə gəlirlərinin əsas mənbəyi olan - torpaq vergisindən–55387 manat, bələdiyyə əmlak vergisindən- 322003 manat, icarə vergisindən 75124 manat, reklamların yayımından– 160 manat, mehmanxanalardan – 1428 manat, digər gəlirlərdən- 890 manat, avtodayanacaqlardan rüsum– 940 manat, bələdiyyənin fəaliyyətindən 23078 manat, dotasiyadan– 95000 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir.

Vergilərin ödənilməsindən yayınanlara əvvəlcədən bildirişlər göndərilməklə xəbərdarlıq edilmiş, eyni zamanda Binəqədi rayon icra və Probasiya şöbəsinə 612 şəxs barədə müraciət edilmişdir. Nəticədə bələdiyyə büdcəsinə 32220 manat vəsait cəlb edilmişdir.

Yığılan rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, maliyyə hesabatlarında öz əksini tapmış və bu barədə aidiyyatı təşkilatlara verilən məlumatlarda qeyd edilmişdir.

Hazırda bələdiyyənin inzibati ərazisində 401 binada 35200 ev təsərrüfatı və 1850 təsərrüfat subyektləri mövcudddur. (cəmi 37050 təsərrüfat vardır)

Vergi qanunvericiliyində nəzərdə tutulan formaya əsasən ərazidə yerləşən 373 binada 31922 ev təsərrüfatında və 1700 təsərüffat subyektində pasportlaşma aparılmışdır.

28 binada 3278 mənzil olmaqla və 150 təsərrüfat subyektində pasportlaşma işi davam edir.

29454 ədəd pasport, yəni mənzilin mülkiyyətçisi vergi ödəyicisi kimi Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə adlarına hesab açılaraq uçota alınmışdır. Qalan mənzillərin BAMS(Bələdiyyə Avtomatlaşdırılmış məlumat Sistemi) proqramına işlənməsi davam etdirilir.

Göstərilən 37050 vergi ödəyicilərindən hesabat dövründə 34150 ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan 4500 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 1070 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillər)

Bələdiyyənin büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir: Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına- 125500 manat, ştatdankənar işçilərin əmək haqqına- 11308 manat, mükafatlandırılmasına 982 manat, DSMF- 27319 manat, bələdiyyənin saxlanmasına– 45459_manat, abadlıq, quruculuq, təmir işləri və təmizlik aksiyalarına 208877 manat, xidməti müqavilə ilə işləyənlərin xidmət haqqına - 99584_manat, sosial yardımlar üzrə ödənişlər- 13695 manat, tədbir, görüşlər və layihələrin keçirilməsi -20972 manat, bank xidmətləri üçün- 6365 manat, səhv daxil olmuş vəsaitlərin köçürülməsi və icra vərəqəsinə əsasən 3477 manat təşkil etmişdir.

Ümumiyyətlə ərazidə abadlıq, quruculuq işlərinin aparılması bələdiyyə üçün əsas istiqamət kimi qarşıya qoyulmuşdur və bu sahədə il ərzində demək olar ki, bütün inzibati ərazimizi əhətə etmişdir. Bu işlərin görülməsində ilk növbədə sakinlərin təktifləri iradları nəzərə alınmışdır.

Qeyd etməliyik ki, bələdiyyəmiz Binəqədi Rayon icra Hakimiyyəti tövsiyələrinə uyğun olaraq Novxanı, Göradil, Fatmai bağlar massivlərində, yaşayış sahələrində, çimərliklərin, yolların abadlığını və təmizliyini daimi diqqət mərkəzində saxlayır. Bu ərazi 993,4 ha təşkil edir və burada 15 mindən artıq əhali yaşayır.

Bu zonada Bakının kütləvi yay istirahət məkanı olduğu üçün son illər aktiv və çoxlu sayda tikinti işləri aparılır, ilin fəslindən asılı olmayaraq sayca insanların burada yaşaması və gediş-gəlişi çoxalıb. Təbii olaraq bu ərazidə təmizliyin qorunmasına nəzarətin gücləndirilməsi tələb olunur. Odur ki, bələdiyyə tərəfindən bu ərazidə təmizlik işlərinin görülməsi, məişət tullantılarının yığılıb daşınması məqsədi ilə “Qərb Təmizlik”MMC ilə müqavilə bağlanmış, ərazidə təmizliyin saxlanılması üçün daim işlər aparılmışdır.Ümumiyyətlə bu zonada təmizlik işlərinin görülməsi üçün Bələdiyyə büdcəsindən 69100 manat xərclənmişdir.

Binəqədi rayon Binəqədi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, 2018-ci il ərzində vətəndaşlardan 403 müraciət daxil olmuşdur.

 Müraciətlərin      345-i və ya 85,6% -i müsbət həll olunub

 Hesabat dövründə ayrı-ayrı təşkilatlardan 453 məktub, müraciət, sərəncam və digər sənədlər daxil olmuşdur.

Daxil olmuş sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyənin inzibati ərazisində yaşayış məhəllələrində, mikrorayonlarda əhali ilə görüşlərə daim diqqət yetirilir və bu görüşlər davamlı xarakter almışdır.

Keçirilən görüşlərdə vətəndaşların qaldırdıqları problemlərin bir qismi opeartiv həll edilmiş, həlli vaxt tələb edən məsələlərlə əlaqədar isə tədbirlər planı tərtib edilərək, icrası nəzarətə götürülmüşdür.

Bələdiyyədə 562-85-16 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir. Daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə 1419 nəfər vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 301 nəfər.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyəti daha da genişləndirsin. Artıq bu sahədə iki ilə yaxın fəaliyyət göstərən bələdiyyə “ictimai və humanitar sektoru”, daimi komissiyalarla birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var. “Facebook” sosial şəbəkəsində bələdiyyənin çoxşaxəli fəaliyyəti barədə məlumatlar yerləşdirilir. Misal kimi: Hesabat dövründə bələdiyyə, icra sturkturları, siyasi və ictimai təşkilatlarla, gənclərlə, təhsil və digər qurumalarla birgə bir neçə tədbirlər təşkil etmiş və “Facebook” səhifəsində onlar barəsində maraqlı materiallar yerləşdirilmişdir, o cümlədən milli bayramlar haqqında, sosial inkişafı üçün əhəmiyyət kəsb edən və s. tədbirlər haqqında. Hazırda bu səhifədə 2500 izləyici qeydə alınıb.

Hesabat dövründə bələdiyyə coxlu sayda tədbirlərdə aktiv iştirak etmişdir. Onların sırasında :

Binəqədi Rayon icra Hakimiyyəti ilə birlikdə 266 saylı körpələr evi-uşaq bağçasında görüş, 248 saylı məktəbdə Xocalı faciəsinin 26-cı il dönümünə həsr edilmiş, 8 mart “Beynəlxalq qadınlar günü” münasibəti ilə rayon ərazisində yaşayan Aprel şəhidlərinin, Milli qəhrəmanların anaları, müxtəlif peşə sahibləri olmuş, təqaüddə olan xanımlar ziyarət olunaraq təbrik etməsi, “Novruz” bayramı münasibəti ilə keçmiş 2 saylı Evtikmə Kombinatında, istirahət zonasında, Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri ilə məcburi köçkünlərlə birlikdə şənliklər keçirilmiş

- 28 fevralda Binəqədi Rayon icra Hakimiyyəti və bələdiyyənin təşkilatçılığı ilə “Asan” xidmət könüllülərinin, rayon gənclərinin Heydər məscidinə ziyarəti və bələdiyyə ilə tanışlığı təşkil edilmişdir. Məscidin inşaası ilə bağlı maraqlı məlumat verilmişdir. Tanışlıq görüşü olmuş, gənclərlə dini radikalizimlə mübarizə barəsində profilaktik söhbət aparılmışdır.

-Yeni Azərbaycan partiyası Binəqədi rayon təşkilatının və Binəqədi Bələdiyyəsinin dəstəyi ilə bələdiyyə üzvü Aysel əlizadənin təşəbbüsü ilə Ümummilli Lider Heydər əliyevin anadan olmasının 95 illik yubleyi münasibəti ilə Heydər əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir,

-“Azərbaycan Xalq Cumhuriyyəti” nin 100 illiyi münasibəti ilə Tarix muzeyinə məktəblilərin ekskursiyası təşkil olunmuş,

-1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibəti ilə Binəqədi Rayon icra Hakimiyyəti 2 saylı SiəD üzrə nümayəndəliyi ilə birlikdə 6 mkr, S.Məmmədova 201 ünvanında yerləşən parkda balaca uşaqlarla görüş və bayramlarını təbrik edilmiş.

-12 iyun tarixində “Müqəddəs Ramazan ayı” ərəfəsində hər il olduğu kimi bir qrup sakinlərlə görüşmüş və bayramlarını təbrik etmişdir.

Bələdiyyəmiz inkişaf etmiş ölkələrin bələdiyyələri ilə əməkdaşlığa da xüsusi önəm verir. Belə ki, ötən ilin dekabr ayında Türk Dünyası Bələdiyyələr Birliyinin və Azərbaycan Bələdiyyələr Assosasiyasınınn təşəbbüsü ilə Bosniya və Hersoqovina Resbublikasının Sarayevo şəhərinin Novıy Qrad Bələdiyyəsinin 41 illiyində iştirak etmiş, Novıy Qrad, Olovo və Konyiç bələdiyyələrində görüşlər keçirmiş, həmin bələdiyyələrin təcrübələri ilə yaxından tanış olmuşuq.

Eyni zamanda görüşlərdə qərara alınmışdır ki, gələcəkdə həm Sarayevo, həm də Türkiyə Cümhuriyyətinin TDBB tərəfindən təqdim ediləcək bir bələdiyyəsi ilə qardaşlıq sazişi imzalansın.

Bu sahədə işlər davam etdirilir.

Artıq bizə məlumdur ki, elektoratın bələdiyyənin fəaliyyəti haqqında məlumatlanması günü-gündən artır.

Binəqədi Rayon Bələdiyyəsi olaraq qarşımıza bir sıra planlar qoymuşuq. Belə ki, Bələdiyyəmizin inzibati binasının tikilməsi üçün imkanlar axtarırıq. Bundan başqa Bələdiyyəmizlə birlikdə gəlir gətirən sahələrin yaradılması üçün sahibkarlarla söhbətlər aparılır. Bu sahədə də nəticə əldə olunması üçün ciddi işlər görürük.

Bu günkü hesabatımızda bələdiyyənin əsas istiqamətlərində gördüyü işlər barədə Sizə hesabat veririk. Eyni zamanda bildirmək istəyirəm ki, fəaliyyət dövründə bələdiyyəmizin işində bəzi nöqsanlar, problemlərdə da olub və biz onların aradan qaldırması istiqamətində işlərimizi davam etdiririk. Belə ki,

- Bələdiyyə ərazisində sosial layihələrin həyata keçirilməsi, sakinləri narahat edən problemləri operativ həll edilməsi məqsədi ilə bələdiyyə büdcəsinin formalaşması, vergilərin və rüsumların bütünlükdə yığılmasına nail olunmasında;

-Vətəndaşların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilməsi, onların problemlərinə qayğı ilə yanaşılması, qaldırılan problemlərin həllinə nail olunmasında,

- Bələdiyyənin Məhəllə Komitələrinin işinin təkmilləşdirilməsində;

Və s. bu kimi problemlər də mövcud olmuşdur.

əsas məqsədimiz yerli özünüidarəetmə qurumu kimi Sizlərə problemlərin həllində yardımçı olmağımızdır.

Bu yığıncaqda müzakirələr zamanı deyiləcək təkliflər və iradlar qeydə alınıb tədbirlər görmək üçün cari ilin iş planlarında öz əksini tapacaqdır.

 Salman Umudov

Binəqədi bələdiyyəsinin sədri

(Yazı Binəqədi rayonu Binəqədi bələdiyyəsi sədrinin 2018-ci ilin fəaliyyəti barədə hazırladığı hesabat əsasında hazırlanıb)

 

ŞƏRHLƏR