"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əsgəri xidmətə yola düşən gənclərlə görüş keçirilib

--2016-07-12 / 21:13

Binəqədi bələdiyyəsinin yaydığı məlmata görə, müddətli həqiqi xidmətə yola düşəcəqəsəbə sakinləri olan əsgərlərlə  qəsəbə bələdiyyəsində görüş keçirilib.

Məlumatda bildirlir ki, gözəl təcrübəni mənimsəmək və paylaşmaq hər zaman uğura qazandırıb: ”Binəqədi qəsəbə Bələdiyyəsi olaraq, biz də bu gün çalışdıq ki, rayonumuzun ənənəsini davam etdirək. Görüşdə Binəqədi Rayon icra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev, şöbənin böyük məshələtçisi Asəf Hacıyev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac əliyeva və müavin Vüqar Həsənov, eləcə də Biləcəri Bələdiyyəsinin icra katibi Nazir isgəndərov iştirak ediblər. “

Bələdiyyənin yaydığı məlumatda daha sonra qeyd olunur ki, görüşdə  yola düşəcək əsgərlərlə geniş fikir mübadiləsi aparılıb, tövsiyyələr verilib. Ruh yüksəkliyi müşahidə olunan əsgərlərimizlə söhbət bizdə bir daha əminlik yaratdı ki, ərazi bütövlüyümüz, təhlükəsizliyimiz sarsılmazdır!

Belediyye.info

ŞƏRHLƏR