Prezident ilham əliyevin sədrliyi ilə oktyabr ayının 9 Nazirlər Kabinetinin 2017-ci il 9 ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident qeyd etmişdir ki, bu ilin doqquz ayı uğurlu olmuşdur. Ölkəmizdə keçirilmiş bu tədbirlər əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir.
Bugün biz dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik və müstəqil siyasət aparan ölkə kimi tanıdırıq. əlbəttə ki, bunun təməlində güclü siyasi iradə və xalq-iqtidar birliyi dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur.
Prezident daxili siyasətlə bağlı bildirmişdir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir, sosial infrastruktur obyektlərinin tikintisi aparılmışdır və hal-hazırda bu işlər davam etdirilir. Xüsusəndə qeyri neft iqtisadiyyatımızda 2,5 faiz artım ölkəmizdə aparılan uğurlu iqtisadi islahatların nəticəsidir. Cənab Prezidentimizin işsizliyin aradan qaldırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması və onlar üçün ləyaqətli həyat tərzinin təmin edilməsi istiqamətində özünəməşğulluq proqramı bizim üçündə böyük önəm təşkil edir.
Belə ki, 2017-ci ilin üçüncü rübündə Səbail Bələdiyyəsi əhalinin sosial müdafiəsi sahəsində Səbail Rayon icra Hakimiyyəti ilə birlikdə sakinlərə xidmət etmək məqsədilə keçirdiyi tədbirlərdə əhalinin sosial müdafiəsinə və onların rifahının yüksəlməsinə çalışmışdır. Bu dövrdə Səbail Bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, ərazidə yaşayan müharibə veteranlarına, kimsəsizlərə, pensiyaçılara və digər bu kimi imkansız vətəndaşlara dövlət tərəfindən nəzərdə tutulmuş sosial təminatlardan əlavə olaraq maddi və digər köməkliklər göstərilmişdir. O cümlədən 13 şəhid ailəsinə maddi yardım göstərilmiş, xalqımızın milli bayramı olan Novruz Bayramı münasibəti ilə 597 nəfərə bayram sovqatı verilmiş və Qurban bayramı münasibəti ilə 650 aztəminatlı ailəyə Qurban payı verilmişdir.
Vətəndaşlardan daxil olmuş 91 ərizə və müraciətlər əsasında 54 vətəndaşa bələdiyyə büdcəsindən maddi yardımlar göstərilmişdir.
Səbail bələdiyyəsinə 2017-ci il 9 ay ərzində vətəndaşlardan daxil olmuş ərizə, şikayət və təkliflərin həllinə diqqətlə yanaşılaraq mümkün olan tələblər təmin olunmuş, digərləri ilə bağlı qanunla müəyyən olunmuş müddətdə və qaydada həll olunaraq müraciət etmiş şəxslərə müvafiq cavablar verilmişdir.
Onu da qeyd etmək istəyirəm ki, Səbail Bələdiyyəsi Sənbil Rayon icra Hakimiyyəti ilə əlaqəli olaraq rayonda aparılan abadlıq işlərində fəal iştirak etmişdir.
Bunlardan əlavə bələdiyyənin kollektivi rayonun digər idarə, müəssisə və təşkilatları ilə birlikdə rayon ərazisində ağac əkilməsində fəal iştirak edərək rayonun ekologiyasının yaxşılaşdırılması işinə töhvələrini vermişlər.
Görülən işlərlə yanaşı Səbail bələdiyyəsinin fəaliyyətində müəyyən problemlərin də mövcudluğu etiraf edilməlidir. Biz bələdiyyənin fəaliyyətindəki problemləri müntəzəm olaraq bələdiyyə iclaslarında müzakirə edərək onların aradan qaldırılması üçün müəyyən tədbirlər görürük. Qeyd etməliyəm ki, bunların başlıca mənbəyi Bələdiyyənin maliyyə bazasının formalaşdırılması ilə bağlıdır. Təəssüf hissi ilə deməliyəm ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər, xüsusi ilə də bəzi mehmanxana və ixtisaslaşdırılmış dayanacaqlar qanunla bələdiyyə büdcəsinə ödəməli olduqları vergi və ödənişləri könüllü ödəməkdən yayınır, bəzəndə qəti imtina edirlər.
Təbii ki, belə şəxslərə qarşı zəruri hüquqi tədbirləri görürük. Bələdiyyə büdcəsinə vergi və ödənişlərin vaxtında toplanılması imkan verəcək ki, Səbail bələdiyyəsi rayonun inkişafı habelə rayon sakinlərinin sosial rifahının yüksəldilməsi istiqamətində işləri daha da gücləndirsin.
Son olaraq qeyd edim ki, prezidentimizin yerli özünüidarəetməni həyata keçirən bələdiyyələrin fəaliyyətinə xüsusi diqqət yetirməsi, bu fəaliyyətin daha da güclü inkişafı üçün dövlətimizin genişmiqyaslı tədbirlər görməsi bizi, bələdiyyələrin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi işində daha da ruhlandırır, inanırıq ki, Səbail bələdiyyəsi seçicilərinə verdikləri sözü düşən vəzifə və öhdəlikləri layiqincə yerinə yetirəcəklər.
Firdovsi Cəbrayılov
Səbail bələdiyyəsinin sədri