Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda ölkənin müxtəlif regionlarında görüşlər keçirilib.
Nazirliyin nümayəndələrinin, yerli idarəetmə orqanlarının əməkdaşlarının, regionların müvafiq inzibati ərazilərini əhatə edən bələdiyyələrin sədrlərinin iştirakı ilə keçirilən görüşlər zamanı tullantıların qanunvericiliyə uyğun idarə olunması, bələdiyyələrin bu sahədə qarşılaşdıqları çətinliklər, qarşılıqlı və səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda bələdiyyə nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
http://eco.gov.az/az/nazirlik/xeber?newsID=12798