"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ETSN-NiN BəLəDiYYəNi 4 MiN MANAT CəRiMəLəMəSiNə ETiRAZ:"... HEç BiR HüQUQi əSASI YOXDUR"

--2018-04-25 / 09:24

“illik büdcəsi 8 min manat olan bələdiyyəyə 4min manat cərimə təyin etmək məntiqə sığmır. Dövlət mülkiyyətində olan torpaq sahələrinə zibil tullantılarının atılmasına görə, bələdiyyəni cərimələmək doğru deyil"

 "Ekologiya Nazirliyi yerlərdəki idarələri- bələdiyyə və digər qurumları cərimələməzdən əvvəl maarifləndirmə işləri aparmalıdır”.

 
Bunu "Sherg.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şamaxı rayon şəhriyar qəsəbə bələdiyyəsini 4000 manat cərimələməsindən danışarkən "Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli deyib. 
 
O bildirib ki, hər kəsin üzərinə düşən məsuliyyət hissi onlara izah edilməlidir:
 
"illik büdcəsi 8000 manat olan bələdiyyəyə 4000 manat cərimə təyin etmək heç bir məntiqə sığmır. Həmçinin, cərimə kəsilərkən müəyyən edilməlidir ki, çirkləndirilən torpaq sahəsi bələdiyyələrin mülkiyətindədir, şəxsi mülkiyyətdir, yoxsa dövlətindir? Dövlət mülkiyyətində olan torpaq sahələrinə zibil tullantılarının atılmasına görə, bələdiyyəni cərimələyirlər. Halbuki bunun heç bir hüquqi əsasa sığmır.
 
Zibil tullantılarının təmizlənməsi, yığılması bu gün şamaxı rayon icra Hakimiyyətinin "Təmiz şəhər” Məhdud Məsuliyyətli cəmiyyətinə həvalə edilib. Araşdırılmadan qərar verilməsi, qarşı tərəfin cərimə protokoluna imza atmaması kimi anlaşılmaz məqamlar çoxdur. Düşünürəm ki, Ekologiya Nazirliyi yerli strukturlarla əməkdaşlıq edərək, sakinləri maarifləndirməlidir. Sosial çarxlar hazırlanmalı, televiziya kanallarında yayımlanmalıdır. Təəssüf ki, belə çıxışlara rast gəlmirik”.
 
ətraf mühitin çirkləndirilməsi, müxtəlif ərazilərə məişət tullantılarının atılmasına görə, vətəndaşların cərimələnməsinə gəlincə, V.Tofiqli düşünür ki, bu effektiv nəticə verməyəcək:
 
"Vətəndaşa 700 manat cərimə kəsilir. Bunun nəticəsi necə müsbət ola bilər? Sadəcə maarifləndirmə işlərinə üstünlük verilməli, məsələyə diqqətlə yanaşılmalıdır”.
 
Qeyd edək ki, ETSN "Qaynar xətt”inə şamaxı rayon sakini Aygün Məmmədova tərəfindən şamaxı rayonu şəhriyar qəsəbəsində məişət tullantılarının pərakəndə şəkildə atılması ilə bağlı daxil olub. Sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən məişət tullantılarının qeyri-mütəşəkkil atılaraq qalaqlandığı, əraziyə zibil yeşiklərinin qoyulmadığı və tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib olunub. inzibati xəta törətdiyinə görə şəhriyar qəsəbə bələdiyyəsinin sədri Musa Musayev vəzifəli şəxs qismində 4000, qəsəbə sakinləri Tamara Manafova, Rahib Həsəni və Nazim Zarcan isə fiziki şəxs qismində hər biri 700 manat məbləğində cərimə edilib.
 
Aysel Aslan

http://www.sherg.az

ŞƏRHLƏR