"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"Ev pulu" yoxdur, əmlak vergisi var - VəTəNDAş NəYi BiLMəLiDiR

--2018-08-10 / 16:28

Sumqayıt şəhər sakini Ceyran əliyeva sosial şəbəkə vasitəsiylə Belediyye.infoya ünvanladığı müraciətə Xaçmaz bələdiyyəsinin Vergi Xidməti orqanının keçmiş rəhbəri Rövşən Qasım maraqlı cavab ünvanlayıb.

Ceyran əliyeva: Sumqayıt şəhərində bələdiyyə bina evlərindən illik pul yığır, amma bilmirik niyə? Səbəbini soruşanda deyirlər belə lazımdır. Bina evlərinin torpaq sahəsi yoxdu axı. Biz zibil pulu odəyirik Mənzil istismar Sahəsinə. Heç bilmirik bələdiyyə hardadı, kimdi. Səbəbini bilmədiyimiz məsələyə nə üçün pul ödəyək?    

Rövşən Qasım: Bizdə tam müstəqil bələdiyyə sistemi var. istənilən islahatı özləri edə bilər. istənilən normativ xarakterli qərarlar ala bilərlər.    

Ceyran xanım diqqətinizə çatdırım ki, bələdiyyə vergiləri 4 növdür.       

Bunlar,

1. əmlak vergisi,      

2. Torpaq vergisi,      

3. Mədən vergisi və  

4. Bələdiyyə müəssisəsinin mənfəət vergisidir.

Keçmiş SSRi dövründə çoxmənzilli bina evləri xüsusi mülkiyyətlə verilmirdi. Belə mənzillər dövlət mülkiyyətində idi. Vətəndaşlar o mənzillərdə xüsusi icazə sənədi olan “order” ilə yaşayırdılar. Ancaq həyət evləri xüsusi mülkiyyətlə vətəndaşlara aid idi. Bu səbəblə həyət evlərinin sahibləri daşınmaz əmlak vergisini ödəyirdilər. “Order” sənədi ilə yaşayanların isə SSRi dövründə "ev pulu" olaraq ödədiyi rüblük məbləğ sadəcə kommunal ödənişlərə görə idi. Bu gün də bu ödənişin təyinatı eynidir.

Bu gün artıq bina evləri özəlləşdiyi üçün artıq şəxsi mülkiyyət kimi əmlak vergisinə cəlb edilir. Bələdiyyə tərəfindən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan əmlakına görə əmlak vergisi tutulur və büdcəyə köçürülür. Bu yeni bir hadisə deyil. əmlak vergisi SSRi dövrü də daxil olmaqla tarixin ən qədim vergi növlərindən biridir.                        

Bu gün sizin birgə mülkiyyətiniz olan çoxmənzilli yaşayış binasının ümumi kommunal təssərrüfat məsələlərinin həlli sadəcə bina sakinlərinin müəyyən edəcəyi bir mövzudur. Bunun hüquqi bazası 10 il olar ki, qanunvericilikdə öz yerini tutubdur. Siz müstəqil bir şirkət qurub öz binanızın kommunal məsələlərini və xərclərini bina sakinləri ilə keçirəcəyiniz birgə iclaslarda həll etməlisiniz. Bir növ binanızın öz kiçik "bələdiyyəsi", öz "bələdiyyə sədri" və sairə kimi hüquqi səlahiyyətlər əldə edirsiniz və s...

Lakin cəmiyyətimizdə uzun illərin vərdişləri öz sözünü diktə etməyə davam edir...      

Ayrıca torpaq vergisi də bina sakinləri üçün hesablanır və ya hesablanmalıdır. Çünki hər bir çoxmənzilli binanın layihəsi hazırlanarkən o bina üçün müəyyən torpaq sahəsi ayrılır. Bu torpaq sahəsi sadəcə binanın təməlləri qoyulmuş torpaq sahəsi də deyildir. Binanın öz müstəqil həyəti, onun mühafizə zolağı və s. nəzərə alınır. Bütün bunlar çoxmənzilli binaların layihə smeta sənədlərində öz əksini tapır. O bina sakinləri öz mənzillərinin sahəsinin bütün binanın toplam mənzillərinin sahəsinə nisbəti əsas alınaraq həmin binanın torpaq sahəsində pay sahibidir.     Misal üçün binadakı mənzillərin toplam sahəsi 6000 m2 və sizin mənzilin sahəsi isə 100 m2-dirsə, sizin hissəniz 100/6000=1/60-dır. Yəni yeri göstərilmədən sizin o binaya aid torpaq sahəsində 1/60 hissə payınız var. Binanızın layihəsi üçün ayrılmış torpaq sahəsi 10000 m2 (adətən 5 mərtəbəli binalar üçün belədir) olarsa, sizin torpaq payınız 10000/60=166.67 m2 olaraq hesablanır.”

Ceyran əliyeva: “Biz ev pulunu Mənzil istisamr Sahəsinə ödəyirik. Neçə yerə pul ödəməliyik? Rövşən Qasım: “Artıq "ev pulu" yoxdur. Kommunal xidmət haqqı var. Müqavilə bağlandıqdan sonra qarşılıqlı şərtlərə əməl etməklə icra edilir. Bir də əmlak vergisi var. Vergi isə Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən əvəzsizdir, məcburidir, fərdidir.”

P.S. Belediyye.info olaraq qeyd etməliyik ki, bütün hallarda vətəndaş bələdiyyəni bir seçkili orqan olaraq tanımalıdır. Sumaqyıt bələdiyyəsi bu gün respublikamızda formalaşan 1607 bələdiyyədən ən gəlirlisi və fəalıdır.

Ancaq bələdiyyənində vergi müfəttişləri, məhəllə komitələrinin üzvləri də sakinlər arasında izahat işlərini aparmağa borcludurlar.

Belediyye.info

ŞƏRHLƏR