Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Nizmai rayonu Keşlə bələdiyyəsi də yaxından iştirak etməklə dəstək verməkdədir.
Bu barədə məlumat Keşlə bələdiyyəsindən daxil olub.
Keçlə bələdiyyəsi tərəfindən 65 yaşdan yuxarı insanların siyahısı tərtib edilərək, hər bir sakinə bələdiyyənin rəsmiləri və bələdiyyə qulluqçularının iştirakıyla ərzaq bağlamaları təqdim edilmişdir.
Bununla yanaşı onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və qeyd edilmişdir ki, evdə qalaraq təkcə öz həyatımızı təhlükədən uzaqlaşdırmış olmuruq, həm də sevdiklərimizi qorumuş oluruq. Sadəcə gündəlik etməli olduğumuz məsələlərə daha diqqətli yanaşaq və məcbur qalmadıqca evdən çıxmayaq.
Belediyye.info