Bu gün uzun illərdən bəri tanıdığım bir agsaqqalın 75 yaşı tamam olur. 19 yaşlı Azərbaycan bələdiyyəsinin formalaşmasında bu şəxsin xüsusi xidmətləri vardır.Bu haqqında söhbət açdığım ağsaqqal əvəz Rəsul oğlu Mirzəyevdir.
əvəz müəllim haqqında çox mətləblərə toxunmaq olar. Çoxşaxəli bir insan kimi uzun illər çalışdığı Qaraçuxur bələdiyyəsi qazandığı naliyyətlərdə sözsüz ki, onunda bir sədr müavini olaraq danılmaz xidmətləri vardır.
Bəs əvəz Mirzəyev kimdir?
Mirzəyev əvəz Rəsul oğlu 12 iyun 1943-cü il tarixdə Qərbi Azərbaycanın Sisian rayonunun Qızılcıq kəndində anadan olub. 7 illik təhsilimi həmin kənddə, 10 illik təhsilimi qonşu şəki kəndində alıb, 1959-cu ildə Bakı şəhərində Neft texnikumuna daxil olub, 1961-ci ildə texnikumu bitirərək təyinatla Sumqayıt Sintetik Kauçuk (SK) zavodunda işləyib.
1963-cü ildə Azərbaycan Neft Kimya institutunun əyani şöbəsinin Neft Mexanika fakultəsinə daxil olub, 1968-ci ildə həmin institutu bitirərək təyinatla Ümumittifaq Elmi Tədqiqat Geofizika institutunun Bakı filialına işə göndərilib. Orada mühəndis, konstruktor və baş geofizik vəzifələrində çalışaraq, həmin müddətdə bir neçə elmi məqalənin müəllifi olub.
1971-ci ildən Bakı Neft Texnikumunda texniki fənnlər üzrə müəllim, baş müəllim vəzifələrində, 1984-cü ildən Təhsil Nazirliyinin Sərəncamı ilə yeni yaradılmış Bakı Maşınqayırma Texnikumuna, 1994-cü ildən isə Bakı Texniki Kollecinə keçib texniki fənlər üzrə müəllim və fənn birləşməsinin sədri vəzifəsində çalışıb.
1999-cu ildə ilk bələdiyyə seçkilərində Qaraçuxur bələdiyyəsinə üzv seçilib, həmin vaxtdan bələdiyyənin sədr müavini vəzifəsində çalışır.
2004, 2009, 2014-cü illərdə keçirilən seçkilərdə yenidən bələdiyyə üzv seçilərək 19 ildir bələdiyyənin sədr müavini vəzifəsində, 2014-cü il fevral ayından 2015-ci ilin fevral ayına qədər bələdiyyənin sədri, həmin vaxt eyni zamanda Azərbaycan Respublikası Qəsəbə Bələdiyyələri Milli Assosasiyasının sədrinin müavini vəzifəsində çalışıb.
1997-ci ildən YAP-ın üzvüdür. 3 övladı və 5 nəvəsi var.
P.S.
Belə bir əziz gündə Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin ağsaqqalı əvəz Mirzəyevə can sağlığı arzu edir və bələdiyyə sisteminə daha böyük töhvələr verməsini arzu edirəm.