"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əvvəl ki illərdə yaranmış borcları silməklə yanaşı...

--2016-02-02 / 12:01

 Son zamanlar Prezidentin müvafiq sərəncamları ilə müavinət və pensiyalar, əlillər və imtiyazlı şəxslərə verilən müavinətlər, eləcə də bir sıra dövlət qurumlarında əmək haqqları artırılmış, süni qiymət artımının qarşısının alınması, sahibkarlığın inkişafına münbit şəraitin yaradılması baxımından aidiyyatı qurumlara konkret tapşırıqlar verilmişdir.

Bu baxımdan Biləcəri bələdiyyəsi göstərilənləri rəhbərlik və icra üçün qəbul edərək öz səlahiyyətləri daxilində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə çalışır.

Bakı şəhər icra Hakimiyyəti Başçısının 918 saylı 26 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Biləcəri bələdiyyəsinin mülkiyyətinə 750,56 ha torpaq sahəsi ayrılmışdır. Bu gün bələdiyyənin inzibati ərazisi 35,2 kv.km-dir. Qəsəbədə daimi yaşayan sakinlərin sayı 48900 nəfərdir. Bundan əlavə qəsəbə ərazisində 30 minə yaxın qeydiyyatsız vətəndaş və 17200 nəfər məcburi köçkün məskunlaşmışdır.

Demokratik və şəffaf şəraitdə keçən seçkilərdə mandat almış bələdiyyə üzvlərinin respublika üzrə 29%-ni qadınlar, 24%-ni isə gənclər təşkil etmişdir.

Hazırda Biləcəri bələdiyyəsinin 14 nəfər bələdiyyə üzvü var. Onlardan 7 nəfəri qadındır. Sevindirici haldır ki, yeni seçilmiş bələdiyyə üzvlərinin 64%-ni gənc üzvlər təşkil edir.

Bələdiyyəmizdə 6 daimi komissiya, o cümlədən Yerli Büdcə Məsələləri Daimi Komissiyası, Yerli Sosial Məsələləri Daimi Komissiyası, Yerli iqtisadi inkişaf Məsələləri Daimi Komissiyası, Yerli Ekologiya Məsələləri Daimi Komissiya, idman və Gənclər Üzrə Komissiya Hüquq Məsələləri Üzrə Komissiya fəaliyyət göstərir.

Bələdiyyənin icra aparatında 80 ştat vahidi olmaqla 5 şöbə və 2 sektor mövcuddur.

Hesabat ilində 15 bələdiyyə iclası çağırılmışdır. Həmin iclaslarda bələdiyyə üzvləri və bələdiyyənin məsul işçiləri ilə birlikdə çoxsaylı məsələlər müzakirə edilməklə təklif və rəylərə əsaslanaraq müxtəlif qərarlar qəbul edilmiş, qəsəbə ərazisində yaşayan sakinlərlə 14 səyyari görüşlər keçirilərək bələdiyyənin fəaliyyəti barədə hesabatlar verilmişdir.

Cari ilin oktyabr ayının 12-dən 18-dək bələdiyyə ərazisində “Azərbaycanda  Yerli  Demokratiya  Həftəsi”  çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Qəsəbənin  ayrı-ayrı yerlərində - məhəllə 5035, 14 və 15 saylı binanın qarşısında, X.Məlikaslanov küçəsi, bina 2, 4, 30 ünvanında, Xəqani küçəsi 14 saylı binanın qarşısında , Y.Hüseynov küçəsi döngə 2 ünvanında, A.Zeynallı küçəsi 22 ünvanında və məhəllə 5057/68, 11 saylı binanın qarşısında yerləşən xeyir-şər evlərində “ “Azərbaycanda  Yerli  Demokratiya  Həftəsi”ndə iştirak edək” ”, “Bələdiyyə-vətəndaş yaxınlığı zamanın tələbidir”, “Vətəndaşların  yerli özünüidarəetmədə iştirakını təmin edək”, “ “Azərbaycanda Yerli Demokratiya Həftəsi”ni dəstəkləyirik”, “Bələdiyyələr vətəndaş cəmiyyətinin dayağıdır”  mövzularında görüşlər keçirilmişdir.

Həftə ərzində bələdiyyədə  “Açıq qapı” günü elan edilərək bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirləri tərəfindən vətəndaşlar qəbul edilərək onların müraciətlərinə  baxılmışdır.  Bələdiyyənin inzibati binasında və əhalinin toplaşdığı sıx yerlərdə “bələdiyyə poçt qutuları” qoyulmuşdur. Vətəndaşlarla operativ əlaqələrin saxlanması məqsədilə bələdiyyədə 401-37-64 telefon nömrələri ilə “Qaynar xətt” fəaliyyət göstərmişdir.

2015-ci ildə Bələdiyyəmiz tərəfindən vətəndaşların qəbuluna və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilib. Ötən il ərzində bələdiyyəyə ərizə, şikayət, təklif və digər formada aşağıdakı məzmunda 876 müraciət daxil olmuşdur. O cümlədən:

-         itirilmiş sənədlərin bərpasına görə -11;

-         Dəfn xərclərinin öz vəsaiti hesabına keçirilməsi barədə -53;

-         Bələdiyyənin istifadəsinə verilmiş xeyir-şər evlərində mərasim və tədbirlərin keçirilməsi barədə -47;

-         Ayrılmış torpaq sahəsinin olub-olmaması barədə -195;

-         Mübahisəli məsələlər -72;

-         Müxtəlif abadlıq işlərinin görülməsi barədə -98;

-         Məişət tullantıları ilə bağlı -44;

-         Kanalizasiya xəttinin bərpası -29;

-         Torpaq sahələrinin sənədləşdirilməsi -61;

-         digər məsələlər barədə -266 ədəd.

Daxil olmuş müraciətlər tərəfimizdən araşdırılaraq 477-si müsbət, 85-i qismən həll edilmiş, 137-nə müvafiq izahat verilmiş, 96-sı əsassız hesab edilmiş, 19-u icraata qəbul edilmiş, 62 müraciətin Dövlət Proqramında icrasının nəzərdə tutulduğu vətəndaşa izah edilmişdir.

Qeyd edim ki, Bələdiyyəmizdə sədr və müavinlərin, eləcə də şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və il ərzində bələdiyyəmizdə 319 nəfər vətəndaş qəbul edilib. Onlardan 212 nəfər bələdiyyənin sədri, 107 nəfər isə bələdiyyənin sədr müavinləri və digər məsul şəxslər tərəfindən qəbul edilərək müraciətlərinə baxılmışdır.

Hesabat ili ərzində bələdiyyə büdcəsinə 464331,0 manat vəsait daxil olub. Onlardan, 167985,0 manat əmlak vergisindən, 59923,0 manmat torpaq vergisindən, 3027,0 manat reklam vergisindən  və 193396 manat isə digər vergilərdən (məişət tullantılarının daşınma haqqı və s.) toplanmışdır.

Bələdiyyənin cari il ərzində xərcləri aşağıdakı kimi olmuşdur:

Xərclər 464532,0 manatdan  abadlıq quruculuq işlərinə 81532,0 manat, məişət tullantılarının zərərsizləşdirilməsinə 136400,0 manat, yardımların göstərilməsinə 17841,0  manat xərclənmişdir.

Biləcəri bələdiyyəsinin  keçən il ərzində keçirdiyi tədbirlər,  abadlıq və sosilal sahələrdə gördüyü işlər barədə:

Bələdiyyə  tərəfindən  bir sıra  bayram və anım mərasimləri keçirilmişdir. O cümlədən  Novruz ,  Ramazan və Qurban   bayramları , 8 Mart Beynəlxalq Qadınlar  bayramı, eləcə də, “20 Yanvar” faciəsi və  “Xocalı” soyqırımı ilə bağlı geniş ictimaiyyətin iştirakı ilə  anım mərasimləri keçirilmişdir.

Qəsəbənin Yeni  yaşayış  massivi  (Ordubadi küçəsi və ona yaxın ərazi) yağan güclü yağışlar nəticəsində  su altında qaldığından  ərazidən və evlərdən  suların maşın və nasoslar vasitəsi ilə çəkilməsi təşkil edilmiş, həmin ərazi  qurudulmuş, çınqıl yayılaraq abadlaşdırılmışdır.

Qeyd edilməlidir ki, aidiyyatı xidmət qurumları bu məsələdə passiv mövqe nümayiş etdirərək bələdiyyəyə lazımi köməklik göstərməmişdir.

 Qəsəbə ərazisindəki  “20 Yanvar ” parkı  və Milli Qəhrəmanların  xatirə parkına qulluq edilir, yaşıllıqlar  və  ağaclar suvarılaraq qorunur.

Məhəllə 5057/68 ünvanındakı  nasosxanaya  gedən kabel  dəyişdirilmiş, 48 saylı  ATS-ə aparan  yola,  Ordubadi  küçəsinə, X.Məlikaslanov küçəsi döngə 4, Binəqədi şossesi döngə 4 və digər  küçələrə  çınqıl tökülərək hamarlanmış, cari təmir işləri görülmüşdür.

Bələdiyyənin inzibati binasının qarşısına  və  299 saylı orta məktəbə gedən yola asfalt örtüyü salınaraq əsaslı təmir edilmişdir.

Yerli vergi və ödənişlərin ödənilməsi  və digər bank xidmətlərinin göstərilməsi  məqsədilə sakinlərə şəraitin yaradılması baxımından  bələdiyyənin inzibati binasında “Atrabank” ASC-nin Biləcəri şöbəsi yaradılmış və qarşısında  bankomat quraşdırılmışdır.

I  Avropa  Oyunları  ərəfəsində rayon icra Hakimiyyəti  və digər  aidiyyatı qurumlar tərəfindən aparılan bütün təmizlik, abadlıq və quruculuq işlərində bələdiyyə kollektivi yaxından  və fəal iştirak etmişdir.

Qəsəbə ərazisində Binəqədi Rayon icra Hakimiyyətinin köməkliyi və rəhbərliyi ilə salınmış yaşıllıqlar, təmir edilmiş yollar, görülmüş abadlıq işləri  bələdiyyə tərəfindən qorunur.

      “Təmiz  Binəqədi”  və  “Bir bələdiyyə-azı bir layihə”        

           çərçivəsində görülən  işlər:

Bələdiyyə ərazisində bərk məişət tullantılarının yığılıb daşınması, zərərsizləşdirilməsi, iri qabaritli  tullantıların  daşınması işləri  təşkil edilmiş və gündəlik nəzarət  altında saxlanılır. Bu məqsədlə bələdiyyənin nəzdində xüsusi olaraq məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdriliməsi ilə əlaqədar nəqliyyat sektoru yaradılmışdır. Bu sektorda ştat vahidi üzrə 20 nəfər işçi çalışır. Həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar 3 xüsusi təyinatlı nəqliyyat vasitəsi, qabaritli tullatıların daşınması üçün 2 ədəd “Kamaz” markalı avtomaşın və 1 ədəd “Kon” xidmət göstərir. Gün ərzində bu texnikalar vasitəsilə ərazidən 2 dəfə, müəyyən edilmiş digər yerlərdən isə 3 dəfə məişət tullantılarının yığılıb daşınması təşkil edilir. Ay ərzində daşınan məişət tullantılarının ümumi həcmi 1675 ton-dur. 

 Biləcəri qəsəbə  ərazisində 160 yerdə məişət tullantılarının daşınması üçün meydançalar mövcuddur. Həmin meydançalarda 378 ədəd konteyner yerləşdirilmiş, 10 küçədə məişət tullantılarının daşınması üçün meydançalar  təmir olunmuşdur. Eyni zamanda qəsəbə ərazisində yeni konteyner  meydançaları tikilmiş, zibil  qutuları işlək vəziyyətdədir.

              Tikinti-abadlıq işləri üzrə:

      Natavan küçəsində mərkəzi yolların kənarında yerləşən binalarda artıq fasad və dam örtükləri təmir olunmuşdur.

      Natavan və R.ismayılov küçəsində mərkəzi yolun kənarında genişlənmə işləri aparılmış, səkilər sökülərək yenisi ilə əvəz edilmişdir.

    

        Abadlaşdırılmış məhəllələr üzrə:

  1. A.Zeynallı 24, Teymur Yaqubov, R.ismayılov, Natavan (3,5,7), (X.Məlikaslanov küçələrində) 5057/68-ci məhəllədə 7,8,9,10,11,12 saylı binaların həyətyanı sahələrində tikinti-abadlıq işləri görülmüşdür.

     Mərkəzi və məhəllə daxili yollarda asfaltlama işləri üzrə:

                    Mərkəzi küçələr:

  1. Natavan küçəsi.  uzunluğu 1250 metr* eni 12 metr=15 000 kv.m
  2. Rəşid ismayılov küçəsi. uzunluğu 700 metr* eni  30metr=21 000kv.m
  3. Qabil Süleymanov küşəsi. uzunluğu 500 metr*eni 15 metr= 7500 kv.m

                       Məhəllədaxili küçələr:

  1. Ordubadi küçəsi 2-ci döngə
  2. X.Məlikaslanov  6-cı döngə
  3. Sumqayıt şossesi 1-ci döngə

        Y.Hüseynov, Ordubadi, Natavan küçələrində çökəklər və səkilər cari təmir edilmişdir. Ümumilikdə 4000 kv.m həcmində iş görülmüşdür.

                   istilik sistemləri ilə bağlı görülən işlər üzrə:

     R.ismayılov, N.Həşimi, M.Mikayılov, Qabil Süleymanov və Y.Hüseynov, Y.Hüseynov küçəsi 3- cü döngə bina  14,15,3a,5, məhəllə 5035 bina 2 və 33 saylı binalarda küçələrində istilik sistemində hazırda tamamlanma işləri gedir.

            Su xətlərinin yenidən qurulması üzrə:

Biləcəri qəsəbəsi A.Zeynallı, Ordubadi, Natavan, Y.Hüseynov, M.Hüseynzadə və digər küçələrdə müxtəlif ölçülü 650 p/m su xətti yenidən çəkilərək istifadəyə verilmişdir.

Sumqayıt şossesi 1-ci döngə, Binəqədi yolu, Asəf Zeynallı, Ordubadi və Y.Hüseynov küçələrində 840 p/m müxtəlif diametrli kanalizasiya xətləri dəyişdirilmişdir.

Qəsəbə ərazisində köhnə qaz xətlərinin yeni qaz xətləri ilə əvəz edilərək dəyişdirilməsi işləri davam etdirilir.

Qəsəbə ərazisində  görülmüş  geniş abadlıq və təmir-tikinti işləri ilə yanaşı müxtəlif problemlər də mövcuddur.

Belə ki, sakinlər tərəfindən edilən müraciətlər,  görüşlər  zamanı  səsləndirilən məsələlər əsasən, sənədsiz evlərin sənədləşdirilməsi, çoxmərtəbəli evlərin  dam örtüyünün  dəyişdirilməsi, bloklarda qapı və işığın olmaması,  qış  vaxtı Yeni yaşayış massivlərində yolların palçıqlı və keçilməz olması,  küçələrin  qaranlıq  olması, sahibsiz  itlərin  çoxalması və təhlükə yaratması, bəzi  ərazilərdə  avtobus  marşrutlarının  yoxluğu və ən vacib problem olan Xırdalan qəsəbəsindən Biləcəri qəsəbəsinə gələn və Yeni Yaşayış massivi ərazisindən keçən hissədə kanlalizasiya xəttinin aztutumlu olması və müntəzəm yağan yağışlar nəticəsində xəttin dolaraq daşması nəticəsində həmin ərazidəki fərdi yaşayış evləri və həyətyanı sahələrin çirkab suları ilə dolması ilə bağlıdır.

Biləcəri bələdiyyəsinin rəhbərliyi adından Sizi əmin edirəm ki, cari ildə bələdiyyənin fəaliyyətində yol verilmiş nöqsan və çatışmamazlıqlar aradan qaldırılacaq, böhranlı və çətinliklərlə üzləşəcəyimiz iqtisadi islahatlar dövrü olan 2016-cı ildə bütün qüvvəmizi səfərbər edərək  qarşımıza qoyulan  vəzifələrin layiqincə həyata keçirilməsinə çalışacağıq.

 Hikmət Quliyev  

Binəqədi rayonu

Biləcəri   Bələdiyyəsinin sədri    

ŞƏRHLƏR