Ölkəmizdə demokratik dəyərlərin inkişafı get-gedə daha bariz şəkildə özünü göstərməkdədir. Bunun diqqət çəkən nümunələrindən biri də yerli özünüidarəetmə qurumu olan bələdiyyələrdir. Onların fəaliyyəti daim təkmilləşir, hüquqi müstəvidə yeni-yeni uğurlar əldə olunur. Keşlə bələdiyyəsi bu prosesdən geri qalmır, qazanılmış təcrübədən səmərəli şəkildə istifadə edərək fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır.
Keşlə qəsəbəsindəki şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş iməcilik keçirilmişdir.
Keşlə bələdiyyəsi ilə 201 saylı orta məktəb 26 fevral Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.
Keşlə qəsəbə gəncləri arasında Novruz bayramına həsr olunmuş futbol yarışı təşkil edilmiş və qalib gələn komandaya fəxri fərmanlar verilmişdir.
31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə Keşlə qəsəbəsində yerləşən məktəblərin şagirdlərinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməsinin təşkili üçün 300 manat məbləğdə vəsait ayrılmışdır.
04 may tarixində Nizami bələdiyyəsi ilə Keşlə bələdiyyəsi arasında Ümummilli lider H.əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir.
05 may tarixində qəsəbədə yaşayan iki nəfər Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilmiş və veteranların hər birinə 100 manat məbləğində maddi yardım göstərilmişdir.
06 may tarixində qəsəbədə yerləşən 328 saylı orta məktəbdə Qələbə gününə həsr olunmuş “şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda bələdiyyə tərəfindən təşkil olunmuş inşa yazı müsabiqəsində qalib gələn şagirdlərin mükafatlandırılması məqsədilə 250 manat məbləğdə vəsait ayrılmışdır.
Ümummilli lider H.əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Keşlə qəsəbə parkında Keşlə bələdiyyəsinin kollektivi tərəfindən yaşıllaşdırma işləri (bəzək güllərinin əkilməsi) aparılmışdır. Bu məqsədlə 270 manat məbləğdə vəsait ayrılmışdır.Ümummilli lider H.əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə 05 may tarixində Heydər əliyev Mərkəzinə qəsəbə məktəblərinin şagirdləri ilə ekskursiyanın təşkilinə 200 manat məbləğdə vəsait ayrılmışdır.
28 may Respublika hünü münasibətilə 22 may tarixində Dövlət Bayrağı Muzeyinə qəsəbə məktəblərinin şagirdləri ilə ekskursiya təşkil edilmişdir.
15 iyun Azərbaycan xalqının Milli Qurtuluş günü münasibətilə 02-03 iyun tarixlərində Keşlə bələdiyyəsində qəsəbə məktəblərinin şagirdləri arasında keçirilmiş şahmat yarışının qaliblərinin mükafatlandırılması məqsədilə 200 manat məbləğdə vəsait ayrılmışdır.
24 iyun tarixində Keşlə bələdiyyəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə qəsəbə məktəbliləri ilə Qarabağ müharibəsi veteranlarının görüşü (seminar-məşğələ) keçirilmişdir.
Sentyabr ayında futbol üzrə Keşlə birinciliyi komandaları arasında keçirilən yarışda qalib gələn Keşlə məscidinin futbol komandasının üzvlərinə fəxri fərmanlar təqdim edilmiş və bu məqsədlə 60 manat məbləğində vəsait ayrılmışdır.
Oktyabr ayında Keşlə qəsəbəsinin H.əliyev prospekti tərəfdən girişi olan Davud Aslan küçəsinin abadlaşdırılması, o cümlədən yol boyu ağacların budanıb qaydaya salınması, ağacların uzanıb yüksək gərginlikli elektrik xətlərinə dəyən budaqların xüsusi texnika vasitəsilə kəsilməsi və küçə boyu torpaq sahələrinin düzəldilib hamarlanması üçün bələdiyyə büdcəsindən 2000 manat vəsait ayrılmışdır. 2016-cı ildə Keşlə bələdiyyəsinə ümumilikdə 267 ərizə və 81 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 116 məktub göndərilmiş, arayışlar isə 31 nəfərə verilmişdir. Qeyd edək ki, bütün ərizə və məktublara operativ, müsbət cavab verilmişdir. Qəsəbədə yaşayan şəhid ailələri, əlillər və aztəminatlı ailələrə, cəmi 450 nəfərə Novruz, Ramazan və Qurban bayramları münasibətilə ərzaq yardımı edilmişdir. 24 nəfərə ümumilikdə 3750 manat məbləğində maddi yardım ayrılmışdır.
2016-cı ildə ərazidə yaşayan və fəaliyyət göstərən fiziki şəxslərə torpaq və əmlak vergisinin ödənilməsi üçün bildirişlər paylanılmış və vergilərin bələdiyyənin Azərbaycan Beynəlxalq Bankında və Kapital Bankdakı, “Azərpoçt” ASC-nin 3 saylı poçt filialında açılmış hesablarına ödənilməsi üçün vergi ödəyiciləri arasında müvafiq maarifləndirmə işləri aparılmışdır.
01 yanvar 2016-cı ildən 31 dekabr 2016-cı ilə qədər olan məlumat: bələdiyyənin mədaxili 131996 manat olmuşdur. O cümlədən yaşayış sahələrindən yığılan vergilər:
torpaq vergisi 38424 manat,
əmlak vergisi 82650 manat;
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən yığılan vergilər:
icarə haqqı 3322 manat,
mehmanxana rüsumu 1200 manat;
dotasiya 6400 manat olmuşdur.
Bələdiyyənin məxarici isə 138728 manat olmuşdur. O cümlədən 31.12.2016-cı ilə olan məlumat: əmək haqqına (o cümlədən gəlir vergisi və sosial-müdafiə fonduna köçürmələr) 94129 manat, Keşlə parkının saxlanılmasına 10512 manat, təhsil sahəsinə 1000 manat, maddi yardım 3750 manat, digər xərclər 29337 manat olmuşdur.
01.01.2017-ci ilə qalıq 5341 manat təşkil etmişdir.
Keşlə bələdiyyəsi dövlətin siyasətinin uğurla həyata keçməsi işində aktiv iştirak edir, qəsəbə əhalisinin sosial problemlərinin həllində, istirahətinin və asudə vaxtının səmərəli təşkilində əlindən gələni əsirgəmir.
ələmdar Vafadarov
Nizami rayon Keşlə bələdiyyəsinin sədri