"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq

--2018-01-22 / 17:23

Sabunçu rayonununda fəaliyyət göstərən bələdiyyələr kimi Ramana bələdiyyəsi də öz fəaliyyətini əsasən abadlıq, təmizlik və təmir işlərinə, ərazidə yaşayan əhalinin aztəminatlı təbəqələrinə-müharibə əlillərinə və şəhid ailələrinə, tənha və kimsəsizlərə yardımlar etməyə, məcburi köçkün ailələrinə bayram sovqatı paylamağa, köməklik göstərməyə yönəltmiş, icra hakimiyyəti ilə birgə müxtəlif tədbirlərdə iştirak etmişdir. əhali qarşısında vaxtaşırı hesabatlar vermək, onların xahişi və təkliflərini dinləyib köməklik göstərmək bələdiyyələrin vəzifələrindən biridir. Bu işlərin görülməsində, onların həllində rayon icra Hakimiyyətinin xüsusi rolunu və dəstəyini qeyd etmək lazımdır

Qeyd etmək istərdim ki, bələdiyyənin əsas gəlirini fiziki şəxslərdən toplanan torpaq və əmlak vergisi təşkil edir.

ərizə ilə müraciət edən 41 aztəminatlı ailəyə 4.790 manat məbləğində maddi köməklik göstərilmişdir. Novruz, Ramazan və Qurban bayramları münasibətilə qəsəbənin aztəminatlı və şəhid ailələlərinə bayram sovqatı paylanmışdır.

Yanvar ayında qəsəbə ərazisindəki yollara qum, çınqıl, karbonat tökülmüş, Zabrat-Kürdəxanı yolunda abadlıq işləri ilə əlaqədar material alınmış, küçə işıqları dəyişdirilmiş, qəsəbə ərazisindəki kələ-kötür yolların bəzi hissələri qreyder vasitəsilə hamarlanmışdır. 20 Yanvar hüzn günü ilə əlaqədar rayon ərazisində keçirilən tədbirlərdə iştirak etmək üçün qərənfillər alınmışdır.

Fevral ayında Südçülük Sovxozu ərazisində nasosxana tikilərək motor quraşdırılıb şlanq vasitəsilə həyətlərdən su kənarlaşdırılmışdır. Südçülük Sovxozu ərazisində məişət tullantılarının atılması üçün xüsusi yer tikilmişdir.

Mart ayında Kürdəxanı yolunda abadlıq işləri görülmüş, 198 saylı orta məktəbin həyətindən qrunt suları kənarlaşdırılmış, 2-ci Sahə ərazisində yolun bəzi hissəsi qreyder vasitəsilə hamarlanmışdır. Novruz bayramı münasibətilə bayram tədbirləri keçirilmişdir.

May ayında C.Cabbarlı küçəsində kanalizasiya xəttinin təmirinə, Haqverdiyev küçəsində yeni  kanalizasiya xəttinin çəkilməsinə köməklik göstərilmişdir. 9 May və 28 May bayramları münasibətilə keçirilən tədbirlərə köməklik göstərilmişdir.

iyun ayındaRamazan bayramı münasibətilə qəsəbədə yaşayan aztəminatlı ailələrə bayram sovqatının paylanması üçün ərzaq alınmışdır. 2-ci Sahə yaşayış massivində məişət tullantıları təmizlənmişdir.

Avqust ayında 198 saylı orta məktəb və bələdiyyənin bir otağı təmir olunmuş, Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban əti paylanmışdır.

Sentyabr ayındaQəsəbədə yaşayan aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatları alınmış, qəsəbə ərazisində reklam işinin yerinə yetirilməsi üçün müəyyən vəsait ayrılmış, V.Vəliyev küçəsində yolun çala-çuxur hissələrinə asfalt örtüyü salınmışdır. 2-ci Sahə ərazisində uçmuş hasarın bir hissəsi tikilmiş və abadlaşdırılmışdır.

Noyabr ayındaərazidə qrunt sularının kənarlaşdırılması məqsədilə şlanq alınmış, 2-ci Sahə, Bünyadzadə küçəsi, Südçülük Sovxozu ərazisində yollara karbonat tökülüb düzləndirilmişdir.

Dekabr ayında Ramana qəsəbəsi B.Babazadə, H.Zərdabi küçələrinə asfalt örtüyü salınmışdır.

Ötən il ərizində Ramana bələdiyyəsinə ümumilikdə müxtəlif idarələrdən 56 məktub, ayrı-ayrı vətəndaşlardan şifahi və yazili formada 10 müraciət daxil olmuş, müraciətlər araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Tərəfimizdən idarə və təşkilatlara 100 məktub göndərilmişdir. 

 

Üzərimizə düşən məsələlərin həllinə istənilən səviyyədə nail ola bilməsək də bu istiqamətdə görülən işlərin həcmi ilbəil artmaqdadır. Biz öz fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq.

işimizi gələcəkdədə bu istiqamətdə qurub qəsəbənin sosial iqdisadi inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli tədbirlərin görülməsinə yönəldəcəyik.

i.U.Rzayeva

Sabunçu rayon Ramana bələdiyyəsinin sədri

ŞƏRHLƏR