"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fəaliyyətmizdə sosial layihələrə üstünlük veririk

--2016-02-05 / 13:46

Xəzər rayonu Türkan bələdiyyəsinin 28.01.2015-ci il  tarixində keçirilmiş  iclasında bələdiyyənin  yeni heyəti təsdiq olunmuş, bələdiyyənin rəhbərliyi seçilmiş və 2015-ci il üçün tədbirlər planı işlənib hazırlanmışdır.

Türkan bələdiyyəsinin 2015-ci il üçün büdcə gəlirlərinin əsas hissəsini qəsəbə ərazisindən toplanmış torpaq və əmlak vergisi təşkil edir.

 Türkan bələdiyyəsinin təsdiq olunmuş tədbirlər planında qəsəbə ərazisində təmir işləri, abadlıq və yaşıllaşdırma,sanitar-gigiyenik vəziyyətə nəzarət və umumi sanitar vəziy-yətin qorunub saxlanması əsas yer tutmuşdur.Bundan əlavə qəsəbədə milli bayram və tarixi günlərin qeyd olunması, şəhər və rayon miqyasında keçirilən idman yarışlarında Türkan bələdiyyəsinin də iştirak etməsinə önəm verilmişdir.

Qeyd olunduğu kimi qəsəbə ərazisində abadlıq və təmizlik işlərinin aparılması ,qə-səbə ərazisində əkilmiş ağaclara aqrotexniki qulluq edilərək suvarılması  və yeni ağac-ların əkilməsi əsas tədbirlərdən biri olmuşdur.

Belə ki,Türkan-Qala və Türkan-Hövsan magistral yollarında mütəmadi olaraq təmizlik işləri aparılmış və sanitar vəziyyətə nəzarət edilmişdir. Qəsəbə daxilindəki yollarda da təmizlik işləri aparılaraq məişət tullantıları yığılıb məhv edilmişdir.Qəsəbənin əsas küçəsi

olan Xanlar küçəsində başdan-başa təmizlik işləri aparılmış, habelə Poçt, Firdovsi, Dənizkənarı küçələrində divarların dibindən alaq,otların vurulması, küçələrdə gediş-gəliş üçün normal şəraitin yaradılması işləri görülmüşdür.

Qəsəbəyə gələn magistral yolların kənarında əkilmiş ağaclara aqrotexniki qulluq edi-lərək suvarılması ilə yanaşı yeni ağacların əkilməsi də həyata keçirilmişdir. Belə ki, 1500 zeytun ağacı və 1000 şam ağacı əkilərək yaşıllıq sahəsi böyüdülmüşdür.Abidənin həyətində də təmizlik işləri aparılmışdır.

Türkan bələdiyyəsinin daim diqqət mərkəzində saxladığı  məsələlərdən biri qəsəbə sakinlərinin  sosial problemlərinin həll olunması üçün müəyyən tədbirlərinin həyata keçirilməsidir.

Belə ki, 2015-ci ilin fevral-mart aylarında qəsəbə sakini Babayev Tələt Hüseynəli oğlunun yanğından  zərər çəkmiş evinin təmirinə kömək məqsədi ilə tikinti materialları alınmış,imkansız ailələrin  problemlərinin həll olunması üçün birdəfəlik maddi yardım ödənilmişdir.

Qəsəbədə milli bayramların ,tarixi günlərin keçirilməsi üçün də bələdiyyə tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir.

Novruz bayramının  "Gül bayramı "nın ,Yeni il bayramının təşkili üçün bələdiyyə tərəfindən vəsait ayrılmış,Yeni il şənliyində bələdiyyə   tərəfindən şənlikdə iştirak edən uşaqlar üçün 100 ədəd bayram hədiyyəsi alınmışdır.

Türkan bələdiyyəsi rayon miqyasında keçirilən idman yarışlarında da fəal iştirak etməyə çalışmışdır.Belə ki,Ulu öndər Heydər əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol turnirində iştirak etmək üçün qəsəbənin futbol komandası yaradıl-mış, komandanın  məşq etməsi üçün şərait yaradılaraq idmançılar üçün idman formaları və məşq ləvazimatları alınmışdır.Nəticədə ilk dəfə qəsəbənin futbol klubu turnirdə ikinci yeri tutmuşdur.

Bildiyimiz kimi,bələdiyyə büdcəsinin əsasını yerli əhəmiyyətli torpaq və əmlak vergi-sinin toplanmasından gələn vəsait təşkil edir. Buna görə də qəsəbədə verginin toplan-masında 2015-ci ildə müəyyən dəyişiklik edilmiş, ərazidə vergi obyektlərinin qeydiyyatı keçirilmiş,vergi bülletenlərinin vətəndaşlara vaxtında paylanmasına nəzarət edilmişdir. Lakin müəyyən çatışmamazlıqlara görə büdcə layihəsinin 70 %-i  yerinə yetirilmiş-dir.

2016-cı ildə  büdcə layihəsinin bütünlüklə həyata keçirilməsi üçün müəyyən  tədbirlər həyata keçiriləcək.

2015-ci ildə Türkan bələdiyyəsinin 18 iclası keçirilmişdir. Vətəndaşlara 437 arayış  təqdim edilmiş, bələdiyyəyə 45 yazılı müraciət,10 şifahi müraciət daxil olmuş,bu müraciətlər öz həllini qısa müddətdə tapmışdır. Türkan bələdiyyəsinə müxtəlif idarələrdən  203 məktub daxil olmuş və vaxtında cavab verilmişdir.

 Türkan bələdiyyəsinin 2016-cı il üçün tədbirlər planı işlənib hazırlanmışdır. Burada qəsəbə ərazisində təmir, abadlıq və təmizlik işlərinin aparılması,vətəndaşların sosial problemlərinin  həlli üçün müxtəlif tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi qeyd olunmuşdur.

 Firudin Məmmədov

Xəzər rayonu Türkan bələdiyyəsinin sədri  

 

ŞƏRHLƏR