Azərbaycanın Prezidenti cənab ilham əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri geniş vusət almaqdadır.
O cümlədən Mərdəkan qəsəbəsində aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri qəsəbənin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır. Görülən işlər əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
4-cü dəfə keçirilən bələdiyyə seçkilərindən artıq il yarım keçmişdir. Keçən müddət ərzində Mərdəkan bələdiyyəsi çalışmışdır ki, qəsəbədəki problemlərin, sakinlərin arzu və istəklərinin müəyyən hissəsini bələdiyyə büdcəsinin maliyyə imkanları daxilində həll edə bilsin.
Biz ilk növbədə görülməsi zəruri olan işlər, əhalini ən çox narahat edən məsələlər barədə düşünürük. Sakinlərin problemləri öyrənilir, imkan daxilində bu qayğılar təmin edilir. Bələdiyyəmizin əsas vəzifəsi sakinlərin rifah halının yaxşılaşdırılmasından ,sosial-iqtisadi problemlərinin həll edilməsindən ibarətdir. əsas işlərimizdən biri də sakinlər arasında olub onların gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək iqtidarında olmağımızı sübut etməkdir. Öz işimizi sakinlərə sədaqət və ehtiram prinsipi əsasında qurmağa çalışırıq.
Hal-hazırda ölkənin hər yerində 2016-cı ilin birinci yarısının yekunları müzakirə olunur, qarşıda duran vəzifələr müəyyən edilir.
Bu, ilk növbədə korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlər barədə sakinlərə məlumat verilməsi ilə bağlıdır. Bələdiyyənin fəaliyyəti barədə məlumatların mətbuatda dərc edilməsi ilk növbədə, korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlərin icitmaiyyətə çatdırılmasına xidmət edən bir addımdır.
Mərdəkan bələdiyyəsi ölkə Prezidenti cənab ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir.Bələdiyyələr bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verməkdədir. Bələdiyyələr artıq formalaşır, maliyyə və digər imkanları genişlənir. Təbii ki, bu sahədə əldə olunan uğurlar dövlətin bilavasitə qayğısı və diqqəti sayəsində əldə olunur.
6 ay ərzində Mərdəkan bələdiyyəsinin 8 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
Bu dövr ərzində Mərdəkan bələdiyyəsinə vətəndaşlardan müxtəlif məsələlərə dair 44 ərizə, təşkilatlardan isə, 146 məktub daxil olmuşdur.Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 225 vətəndaş qəbul edilmişdir.”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.
Bələdiyyənin sosial-müdafiə proqramına uyğun olaraq 6 ay ərzində qəsəbənin aztəminatlı, imkansız ailələrinə maddi yardımlar edilmiş və bu kateqoriyadan olan insanların yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməklik göstərilmişdir. Mərdəkan qəsəbə sakini, Aprel döyüşlərində gedən hərbi əməliyyatlar zamanı həlak olmuş şirəliyev Kamran Faiq oğlunun yas mərasiminə köməklik göstərilmiş və xatirəsinin əbədiləşdirilməsi məqsədilə, yaşadığı küçənin qarşısına “Xatirə lövhəsi” vurulmuşdur.
şəhidin ailəsinin imkansızlığını, maddi vəziyyətini nəzərə alaraq, 1 (bir) il müddətinə kommunal xərclərin ödənilməsi ilə əlaqədar bələdiyyənin himayəsinə götürülmüşdür.
Qəsəbə sakini, Azərbaycan Dövlət Universitetinin tələbəsi əlizadə Ruqiyyə Vüqar qızı imkansız ailə olduğuna görə, ilin sonuna qədər bələdiyyənin himayəsinə götürülmüşdür.
Buzovna – Mərdəkan - Qala yolunun Mərdəkan hissəsində, “Dalğa – Arena” idman Mərkəzinin qarşısında cavan şam ağacları və yaşıl kollar alınaraq əkilmişdir. Qəsəbə ərazisində əkilmiş cavan şam ağacları mütəmadi olaraq suvarılır.
1941-1945-ci illər müharibəsində Qələbənin 71 illiyi ilə əlaqədar, Mərdəkan qəsəbəsindəki Böyük Vətən Müharibəsində həlak olan qəhrəmanların əziz xatirəsinə ucaldılmış “əbədi Məşəl” kompleksinin ətrafında təmizlik və abadlıq işləri aparılmış, sınmış qara mərmərlər yeniləri ilə əvəz edilmişdir.
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar, 5 nəfər əlilə pul və ərzaq sovqatı verilmişdir.
Milli Novruz bayramı münasibətilə keçirilən ümumrayon bayram şənliyinə gələn qonaqlar üçün bayram süfrəsi açılmışdır.
Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar 9 nəfər əlilə pul və ərzaq sovqatı verilmişdir.
Alman – Faşizm üzərində qələbənin 71-illiyi ilə əlaqədar 3 nəfər müharibə veteranının hər birinə pul və evlərində ərzaq sovqatı paylanmışdır.
Ümummilli Lider Heydər əliyevin 93-cü ildönümü münasibətilə Fəxri Xiyabanda və qəsəbədəki Heydər əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyulmuşdur.
Ramazan bayramında Mərdəkan qəsəbəsindəki “Heydər” Məscidində aztəminatlı, imkansız insanlar üçün 2 gün olmaqla iftar süfrəsi açılmışdır.
S.Yesenin küçəsindən, “Dalğa – Arena” idman mərkəzinə qədər olan ərazidən, Dəmiryolçular, Muxtar Hüseynov küçələrindən, Bağlar massivindən, məişət tullantıları mütəmadi olaraq yığılıb daşınmışdır.
Qəsəbədəki yeniyetmə və gəncləri sağlam həyat tərzinə cəlb etmək məqsədilə, onların öz asudə vaxtlarının səmərəli keçirmələri üçün, bir sıra tədbirlər həyata keçirilmişdir.Tədbirlərdə vurğulanmışdır ki, Ulu Öndər Heydər əliyevin ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Bildirilmişdir ki, ölkəmizin gələcək inkişafının təminatında aparıcı qüvvə və rolunu məhz gənclər davam etdirəcəkdir.
20 Yanvar” faciəsinin 26-cı ildönümü ilə əlaqədar, Xəzər rayon Gənclər və idman idarəsi ilə birlikdə qəsəbə məktəblərində rəsm müsabiqəsi keçirilmiş və qaliblər (I-II-III yerlər) hədiyyələrlə mükafatlandırılmışlar.
Xocalı faciəsi”nin 24 illiyi ilə bağlı qəsəbə məktəbləri arasında rəsm müsabiqəsində qalib məktəblilər (I-II-III yerlər) hədiyyələrlə mükafatlandırılmışlar.
Böyük ictimai Xadim, Akademik Zərifə xanım əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə, qəsəbədəki 181 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında “Sağlam həyat- sağlam gələcək” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I-II-III yerləri tutan qaliblər pul vəsaiti ilə mükafatlandırılmışlar.
Müstəqil Dövlətimizin qurucusu və memarı Ulu Öndər Heydər əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol üzrə Xəzər rayon turnirində II yeri tutmuş Mərdəkan futbol komandası kubok və Fəxri Fərmanla mükafatlandırılmışdır.
Ulu Öndər Heydər əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə, qəsəbədəki üç orta məktəbin (123,181,183) 21 şagird və 3 müəllimi üçün Zirə Mədəniyyət Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə aid film nümayişindən sonra “EKO” parka gəzinti təşkil edilmişdir.
Qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə talessemiya xəstəsi olan uşaqlara köməklik məqsədilə, yuxarı sinif şagirdləri tərəfindən təşkil edilmiş “şirniyyat yarmarkası”nda fərqlənən üç şagirdin hər biri (I-II-III yerlər) pul vəsaiti ilə mükafatlandırılmışlar.
Xəzər rayon Gənclər və idman idarəsi ilə birlikdə qəsəbədəki “Delfin” istirahət mərkəzində çimərlik voleybolu üzrə keçirilən rayon çempionatında “Mərdəkan-1” komandası I yerə, “Mərdəkan – 2” komandası isə III yerə çıxmışlar. Qalib komanda üzvləri hədiyyələrlə mükafatlandırılmışlar.
Mərdəkan bələdiyyəsi 2016-cı ilin II yarısında da qarşıda duran vacib məsələlərdən olan vergi sistemi işinin gücləndirilməsi və cənab Prezidentin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətlərində öz işini quracaq, qəsəbənin inkişafı naminə əlindən gələni etməyə çalışacaqdır.
Mirbaba Hüseynov
Xəzər Rayon Mərdəkan bələdiyyəsinin sədri