"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fəttah Heydərovdan maraq doğuran təklif

--2017-04-23 / 06:19

“Milli Məclisin Regional Məsələlər Komitəsi   ölkə bələdiyyələrinin müasir standartlara cavab verməsi və hərtərəfli fəaliyyəti  üçün lazım olan qanunların qəbulunda öz sözünü deyib, lazim olan qanun layihələrini müzakirə edərək qəbul edb. Bu gün müzakirə edilən qanunda cənab prezident tərəfindən imzalanaraq Milli Məclisə müzakirəyə göndərilib. Burada bütün məsələlər öz əksini tapıb ” - bu sözləri Milli Məclisin Regional Məsələlər  Komitəsinin sədr müavini Fəttah Heydərov “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanun layihəsinin müzakirəsi zamanı  bildirib.

F.Heydərov daha sonra bildirib  ki, qanundan irəli gələn məsələlərin həlli üçün ilk növbədə iri bələdiyyələrdə intizam komissiyaları yaradıla bilər. Buna bələdiyyə qanunvericiliyə heç bir məhdudiyyət yaratmır. Hər halda ölkəmizdə iki seçkili orqanın Milli Məclsin və bələdiyyələrin üst qurumu yoxdur. Bu komissiyada  bələdiyyələrdə olan digər komissiyalar kimi formalaşdırıla  bilər.  Bu iri bələdiyyələrdə, ya da rayon  bələdiyyələrində yaradıla bilər.

Belediyye.info 

ŞƏRHLƏR