Sabiq bələdiyyə sədri olan Firdövsi Cəbrayılov namizədliyini YAP-ın təmsilçisinin xeyrinə geri götürüb. Bununla bağlı Belediyye.infoya Firodövsi Cəbrayılov özü məlumat verib.
71 saylı Masallı Dairə Seçki Komissiyasından namizəd olan sabiq bələdiyyə sədri onu tanıyan və imza toplamaqda, seçicilərlə görüşlərin təşkilində və keçirilməsində dəstək verən hər kəsə təşəkkürünü bildirib.
Öz təşəbbüsü ilə namizədliyini verən Firdövsi Cəbrayılov onu dəstəkləyənləri məhz YAP-ın namizədi olan professor Anar isgəndərova səs verməyə çaığırıb.
F.Cəbrayılov ölkəmizdə yaradılan şəfaffaf və demokratik seçki mühitinə görə Azərbaycan Prezidenti ilham əliyevə təşəkkürünü bildirib və dövlət başçısıni ölkəmizdə yürütdüyü siyasəti bundan sonrada dəstəkləyəcəyini bildirib.
Sonda F.Cəbrayılov hər kəsi seçki də aktiv olmağa çağırıb.
Belediyye.info