Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılov bələdiyyə iclasında maraqlı təkliflə çıxış edib. Təklifin əsas məzmunu bələdiyyə ərazisində yaşayan vergi ödəyicilərini stimullaşdırmaq, habelə onları vaxtlı vaxtında vergi ödəməsinə maraqlandırmaq üçün “Nümunəvi vergi ödəyiciləri”adlı siyahını tərtib edərək mediada yerləşdirmək və onları “Fəxri Fərman”la təltif etməkdən ibarət olub. iclasda sədrin bu təklifi qəbul edilib.
Yerli Demokratiya Həftəsi çərçivəsində seçicilərlə keçirilən görüşdə bələdiyyə sədri F.Cəbrayılov vergi yığımında əhali arasında maarifləndirmə işlərini daim aparmaq lazım gəlidiyini xüsusiylə qeyd edib. Onun sözlərinə görə, bəzi hallarda vergi ödəyiciləri vergilərini vaxtında ödəmir, üstəlik sakinlər arasında da əks təbliğat aparırlar. Halbuki Səbail bələdiyyəsi əldə etdikləri maliyə vəsaitiylə daim seçicilərinin qarşılaşdığı problemlərin həlli üçün bütün mümkün vasitələrdən istifadə edir.
Bələdiyyənin Vergi Xidməti orqanının təqdimatı əsasında ilk olaraq “Nümunəvi vergi ödəyicisi” Fəxri Fərmanı”yla Azərbaycan Yazıçıllar Birliyinin təmsilçisi Rauf Aslanov təltif edilib
Ötən gün Yerli Demokratiya Həftəsi çərçivəsində seçicilərlə keçirilən görüşdə Rauf Aslanov “Fəxri Fərman”la təltif edilib.
Qeyd edək ki, R.Aslanov birlik sədrinin müşaviri vəzifəsində çalışır.
Belediyye.info