"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd edilib

--2017-12-15 / 14:21

 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon icra Hakimiyyətinin akt zalında tədbir keçirilib.  Bu barədə məlumatı Qaradağ RiH yayıb.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon icra Hakimiyyəti başçısı Süleyman Mikayılov ilk öncə 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə nazirliyin strukturunda çalışan işçiləri təbrik etdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin diqqəti sayəsində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlərin əldə olunub. Fəaliyyət göstərdiyi 12 il ərzində Nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görülüb. Tədbirin sonunda Qaradağ Rayon icra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Fövqəladə Hallar Nazirliyinin rayon ərazisində yerləşən müvafiq qurumlarının əməkdaşlarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

Belediyye.info

ŞƏRHLƏR