"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fövqəladə hallar zamanı bələdiyyələr lazımi köməklikləri göstərməlidir

--2015-09-22 / 11:27

 Ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, həyata keçirilən geniş miqyaslı islahatlar, əhalinin yaşayış səviyyəsinin durmadan yüksəlməsi, dövlətin bütün sahələrin inkişafına göstərdiyi diqqət və qayğı bələdiyyələrin də fəaliyyətlərinin müasir səviyyədə qurulmasını zərurətə çevirmişdir.

 Artıq bələdiyyələr ilk yaradıldığı dövrdən indiyədək müəyyən təcrübələrə yiyələnməklə, demokratiyanın inkişafında, insanların yerli sosial proplemlərinin aradan qaldırılması istiqamətində çoxsaylı layihələr həyata keçirərək cəmiyyətdə öz mövqelərini nümayiş etdirməklə ölkə həyatının mühüm tərkib hissələrindən birinə çevrilmişdir.

 Lakin təkcə sosial həyatın bütün sahələrində deyil fövqəladə hallar zamanı da bələdiyyələr yerli hakimiyyət orqanı kimi, dövlət hakimiyyət orqanları ilə birlikdə çalışmalı, ərazidə yaranmış problemlərin həllində lazımi köməklikləri göstərməlidirlər.

 Məlumdur ki, fövqəladə hadisə dedikdə insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulması, əhəmiyyətli maddi itgilərə və insanların həyat şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət başa düşülür.

  Fövqəladə halların qarşısının alınması məqsədilə hər ilin əvvəlində rayonun fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə bələdiyyələr arasında razılaşdırılmış və təsdiq edilmiş  “Mülki Müdafiə üzrə tədbirlər” planında bələdiyyələrin yerinə yetirməli olduğu profilaktik tədbirlər qeyd olunur.

Həmin tədbirlər planında həm əhalinin maarifləndirilməsi, həm də yaşayış fondunun texniki təhlükəsizliyinin, binaların və məhəllələrin kommunikasiya xətlərinin giriş, çıxış yollarının vəziyyəti eləcə də binalarda əhalinin sayı, su, qaz və elektrik xətlərinin mühafizə zolağına düşməsi məsələsi daim bələdiyyələrin diqqət məzkəzində saxlanmalıdır.

 Eyni zamanda sürüşmə zonaları nəzarətdə saxlanılır. Yeni tikililərin sürüşmə zolağına və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşməsinin, yollarda asfalt örtüyünün qazılıb yarımçıq saxlanılması, lazımsız maneələrin yollara qoyulmasının qarşısı alınmalı, təhsil müəssələri, uşaq bağçaları və  bu kimi yerlərə maşın-mexanizmlərinin girə bilməsi təmin olunmalı, ən əsas məsələ - Məişət tullantılarının yığışdırılıb daşınması və təkrar istehsala yönəldilməsi bələdiyyələrin diqqət mərkəzində saxlanılır.

 Fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında bələdiyyələr FHN-nin əməkdaşları ilə əlaqəli işləməli  və insanların həyatının xilas edilməsinə, sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itgilərin aradan qaldırılmasına, qəza xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə yönəlmiş tədbirlərdə lazımı köməklikləri göstərməlidir.

Qeyd etmək istəyirəm ki, rəhbərlik etdiyim Qaraçuxur bələdiyyəsi 2005-ci ildən öz inzibati binasının ətrafında fövqəladə hadisələrdə yerli xəbərdarlıq sistemini (S-40 sirenasını) quraşdırmış və onun daima saz vəziyyətdə olmasına nəzarət edir.

Eyni zamanda bələdiyyəmizin rəhbər işçiləri mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə keçirdiyi dəyirmi masalarda və treyninqlərdə də fəal iştirak edir.

ixdiyar Nəcəfov

Suraxanı rayonunun

Qaraçuxur bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR