Füzuli rayon Horadiz şəhərinin küçələrinin birinə bu günlərdə Altkirç adı verilib.
Bu barədə məlumatı Horadiz bələdiyyəsi yayıb. Xatırladaq ki, Fransanın Altkirç şəhəri ilə Horadiz şəhəri hələ 2016 ildən qardaşlaşmışdır. Küçəyə adın verilməsidə məhz bu münasibətlə həyata keçirilib.
əlavə edək ki, 2016-cı ilin mart ayının sonunda Füzuli rayon icra Hakimiyyətinin başçısı və Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev olaraq Fransada rəsmi səfərdə olublar. şəhərin meri, Fransa Milli Asambleyasının deputatı Jean-Luc Reitzer ilə maraqlı və diqqəti çəkən müzakirələr aparılıb. Mövzu barədə açıqlama verən sədr T.Nəbiyev Belediyye.infoya bildirib:
“Fransanın Altkirç şəhəri ilə Horadiz şəhərlərinin qardaşlaşması haqqında memarandum - Dostluq və Qardaşlıq xartiyası- imzalandı. Bizi Altkirch şəhərinin meriyası təntənəli şəkildə qarşıladı, həmçinin bizi səfərimiz zamanı Azərbaycanın Fransadakı səfirliyinin nümayəndləri, Fransada Azərbaycan evinin əməkdaşları da müşayət edirdi. Daha sonra növbəti aylarda Altkirch şəhərinin nümayəndə heyəti Horadizdə oldu.
Qeyd edim ki, qardaşlaşma haqqında memarandum Horadizdə imzalandı. Horadiz şəhərində küçələrdən birinə məhz qardaşlaşdığımız şəhərin Altkirç şəhərinin adı verilib. Yaxın gələcəkdə də Fransada Altkiriçdə küçələrin birinin Horadiz adlandırılması gündəmdədir”
Belediyye.info
|
|
|
|
|
|