"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gədəbəy bələdiyyəsi HESABAT verir

--2021-02-10 / 13:16

   Gədəbəy Bələdiyyəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlər və  yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin istifadəsi haqqında

                                    H E S A B A T.

Bələdiyyə qarşısında duran əsas vəzifə əhali arasında nüfuzunu artırmaqla seçiciləri nərahat edən məsələləri vaxtında həll etmək,   sosial iqtisadi inkişafda fəal iştirak etməkdən ibarətdir.

2020-ci il Azərbaycan tarixində böyük dönüş ili kimi yazıldı. Ali baş komandanımız və rəşadətli ordumuzun 2-ci Qarabağ müharibəsində 30 illik torpaq həsrətinə son qoydu və qüdrətli qələbə qazandı.

   Eyni zamanda dunyanı bürümüş  Koronavirus pandemiyası ilə mübarizədə Respublikamızın əldə etdiyi müsbət naliyyətlər ölkə Prezidenti cənab ilham əliyevin liderliyi Azərbaycanın hədəflərə düzgün istiqamətdə irəllədiyini bir daha nümaiş etdirdi.

2020- ci ilin hesabat dövrü ərzində yerli büdcənin gəliri 36195.00 manat olmuşdu .                                                                                                                         Torpaq vergisi                                    6157.0 man

əmlak vergisi                                       17860.0 man.                                       

Mehmanxana vergisi                                   60.0 man.

Səyyar Ticarət və Su                                460.0 man.                                                                      

əmlakın özgəninkiləşdirilməsindən     3400.0 man.                                             Bələdiyyə əmlakının icarəsindən           3120.0 man.                             Dövlət büdcəsindən verilmiş Datasiya 4000.0 man.                                               Digər gəlirlər 1138.0 manat                                                                                                                        

2020-ci ildə Bələdiyyənin illik proqnozu 80000.00 manat olduğu halda 36195 manat gəliri olmuşdur. Yəni illik proqnoza 45. 24% əməl olunmuşdur.

Yerli özünü idarəetmə orqanının saxlanması xərcləri 18750.0 man    

Sosial müdafə fonduna                                  8762.0 man       

Təmir tikinti işlərinə                                        3720.0 man       

Silahlı Qüvələr Fonduna  180.0 man                                                                              

( Digər xərclər)   Reystr və kadastr xərcləri 1210.0 man

imkansız şəhid ailələrinə yardım1150.0 man                                                                

Abunə haqqı                     350.0 man                                                                                                

Komunal xərcləri( işıq, qaz)                       220.0man.                                                                   

Online   xidmətinə                                     1085.0 man

Poçt xidməti (əmək haqqı kart)                135.0 man

Bildiyimiz kimi Vergi Məcələsinə 2015- ci il dəyşirliklə ələqadər vergi ödəyicləri Torpaq əmlak   vergisini poçt vastəsi ilə bələdiyyə büdcəsinə ödənilməlidir. Dəfələrlə vətandaşlara bildiriş məktub verilməsinə baxmayaraq bu vaxta   kimi ödəniş etmirlər.Bu da Bələdiyyənin maliyyə büdcəsinə  öz təsirini göstərir. əmlak və torpaq vergi borcu olan   şəhərdə fəaliyyət göstərən 10 sahibkar barədə  qərar qəbul edilmiş və icrası üçün   Azərbaycan  Respublikasını ədliyyə Nazirliyi Gədəbəy Rayon icra və Probasiya şöbəsinə göndərilmişdir.

Rayonda son illər gedən abadlıq - quruculuq işləri hamının   gözü qarşısındadı . Biz də istərdik ki, bu inkişafda bələdiyyənin rolu olsun . Aydındır ki, bunun üçün bələdiyyənin maliyyə imkanını artırmalı, yəni  vergılər vaxtında toplanmalıdır.                                                                                                                 

Pandemiya dövründə şəhərin Heydər əliyev prospekti M.ə.Rəsulzadə, S.Vurğun, i.Müzəffəroğlu, M.Quliyev, 20 yanvar, Z.əliyeva küçələrində bir neçə dəfə bələdiyyə tərəfindən dizinfeksiya işləri  həyata keçirilmişdir. Mobil qrup yaradılmış vətəndaşlar arasında   marifləndirmə işləri aparılmışdır.

Gədəbəy şəhərində yaşayan 2 - ci Qarabağ müharibəsində qəhrəmancasına   həlak olmuş şəhidin dəfninə maddi yardım köməklik edilmişdir. Azərbaycan Respublikasının milli qəhrəmanı ilham Müzəffər oğlu əliyevin oğluna bələdiyyə tərəfindən təmənnasız olaraq torpaq sahəsi ayrılmışdır.

H.əliyev parkında işıqlandırma və döşəmə hissəsi şəhərin H.əliyev prospektində yerləşən parkda nərdivan təmir olunmuş  və üzlük aqlay döşənmişdir. şəhər qəbirsanlığında kol kos kəşılmış təmizlik işləri aparılmışdır.

Bələdiyyənin daxili yolları C.Ağayev , S.Hüseynov, i.Mirzəyev, M.Rüstəmov, Koroğlu küçələrinə yerli material (çınqıl ) döşənmiş və hamarlanmışdır.

Bələdiyyəyə  müraciət etmiş , 10 ailəyə cəmi  800 manat məbləğində maddi yardım edilərək onların bank hesablaşma hesabna köçrülmüşdü.

Pandemiya ilə əlaqədər imkansız 15 ailələrə Bələdiyyə tərəfindən ərzaq yardımı verilmişdir.

Qurban bayramı günlərində şəhərin bir qrup sakinlərinə qurban payı çatdırılmışdır.                                                                                                                       

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə 350 manat vəsait köçürülmüşdür.    

Gədəbəy bələdiyyəsinin 01 yanvar 2020-ci il tarixə DSMF-na   əvvəlki illərin hesabna 21100 manat borc yaranmışdır. DSMF-u tərəfindən bələdiyyənin hesablasma hesabı bağladığından  bələdiyyə çətin vəziyyətə  düşmüşdür.

Fürsətdən istifadə edib şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan borclarını təcili ödəsinlər. Vətəndaşlar bələdiyyə vergilərini ödəməklə bələdiyyənin maliyə durumunun yaxşılaşmasına və şəhərdə gedən abadlıq işlərinin genişlənməsinə köməklik etmiş olarlar. Dəfələrlə məhəllə  komitələri ilə və ağsaqqallarla . vətəndaşlarla görüşlər keçirilmiş, yas mərasimlərinin pandemiya tələblərinə   uyğun keçirilməsi , vətəndaşların məişət tullantılarını hara gəldi tullanmasının qarşısının alımması barədə söhbətlər aparılmışdır.                                                                                                                  Hesabat dövrü ərzində 105 müracət daxil olmuş, onlardan 15 nəfər torpaq almaq üçün müraciət etmişdir.Qəbulda olanların sayı 76 nəfər olmuşdu.

   2020-ci ildə Bələdiyyə tərəfindən 23 iclas keçirilmiş , 34 qərar qəbul olunmuşdur .

Zülfiqar Yusibov

Gədəbəy bələdiyyəsinin s ə d r i                                            

ŞƏRHLƏR