Gədəbəy rayonunun 20 bələdiyyəsi ötən il ərzində 241.600 manat maliyyə vəsaiti toplaya bilib. Bu 2016-cı ildəki rəqəmdən cəmi 7.5 faiz artıq deməkdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 17.9 faiz, əmlak vergisinin həcmi 19.6 faiz, bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 26.1 faiz, icarəyə verilmiş torpaq və əmlakdan daxil olan vəsaitin həcmi isə 13.9 faiz olub.
il ərzində 20 bələdiyyəyə ayrılan dotasiyanın həcmi 46.800 manat olub.
Mehmanxana, turizm, kurort - sanatoriya ödənişlərindən isə daxil olan maliyyə vəsaitin həcmi 400 manat olub. Belə çıxır ki, Gədəbəy rayonuna istirahətə cəmi 364 nəfər gəlib.
Bununla yanaşı hüquqi şəxslərin maliyyə yardımlarının həcmi 6.000 manat olub.
2017-ci ildə Gədəbəy bələdiyyələrinin büdcəsinə il ərzində avtodaynacaqlardan, açıq məkanda reklamlardan, mədən vergisindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info