"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəgəli bələdiyyəsi son illər büdcə gəlirlərini dəfələrlə artıra bilib

--2023-01-13 / 15:44

Bu gün Ağsu rayonu Gəgəli bələdiyyəsi büdcə gəlirlərini 2018-ci illə müqayisədə doqquz dəfəyədək artırıb. 2019-cu ildə bələdiyyənin illik büdcə gəliri 9 min manat yaxın olduğu halda bu rəqəm ötən il 77 min manatdan artıq olub. Bu barədə məlumatı Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktotu Fariz Xəlilli bildirib.
Məlumatda daha sonra bildirilir ki, Ağsu rayonu Gəgəli Bələdiyyəsinin 01.01.2022-31.12.2022 tarixləri üzrə ümumi gəliri cəmi 77463 manat olub. Ümumi gəlirin 63648 manatı torpaqların icarə haqqından, 9139 manatı torpaq vergisindən, 916 manatı əmlak vergisindən, 24 manatı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisindən, 1170 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödənişdən, 2460 manatı dövlət tərəfindən verilən dotasiyadan, 106 manatı 2021-ci ildən qalıq olaraq əldə edilib.

Belediyye.info

ŞƏRHLƏR