"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəgəli bələdiyyəsi yeni qərarlar qəbul edib

--2021-10-28 / 17:13

19 oktyabr 2021-ci il 20 saylı bələdiyyə iclasında "bələdiyyənin şəhid ailələri və qazilərə bütün sahələrdə diqqətinin artırılması və bələdiyyənin fəaliyyətinə cəlb edilməsi", "Kəndin Perspektiv inkişafı Fondu torpaqlarının istifadəçisi olan “Ağsu rayonu Gəgəli bələdiyyəsi Zəfər parkı” MMC-nin şəhid ailələri, o cümlədən qazilərlə əməkdaşlıq müqaviləsi imzalaması", “Ağsu rayonu Gəgəli bələdiyyəsi Zəfər parkı” MMC-nin bu qərardan irəli gələn işləri görməsi" qərara alınmışdır.

Bu gün “Ağsu rayonu Gəgəli bələdiyyəsi Zəfər parkı” MMC şəhid ailələri, o cümlədən qazilərlə əməkdaşlıq müqaviləsi imzalamış, hər ailə ilə bir hektarlıq sahədə əkin işləri planlaşdırılmışdır. Allah bərəkət versin!

Ağsu rayonu, Gəgəli bələdiyyəsi 

ŞƏRHLƏR